İdman
UEFA Super Liqa klublarını cəzalandıracaq
Avropa Super Liqasına daxil olmuş futbol klubları sanksiyalarla üzləşəcəklər.
Bu barədə UEFA prezidenti Aleksander Çeferin "Daily Mail"ə açıqlamasında bildirib.
Sloveniyalı funksioner bildirib ki, hamı etdiyinin qarşılığında məsuliyyət daşımalıdır: "Biz heç nə baş verməyibmiş kimi görüntü yaradan deyilik. Belə bir şey edib, sonradan "Məni gözləri götürmədikləri üçün cəzalandırdılar" demək olmaz. Onların bütün problemləri etdikləri hərəkətlərin nəticəsidir. Nə edəcəyimizə tezliklə qərar verəcəyik".
Qeyd edək ki, Avropa Super Liqası layihəsi özündə qitənin 20 ən yaxşı komandasının oynayacağı vahid liqanı nəzərdə tutub. Superliqada iştiraklarını İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem", İspaniyanın "Real Madrid", "Barselona" və "Atletiko", İtaliyanın "Yuventus", "Milan" və "İnter" klubları təsdiqləyib. Lakin futbol federasiyaları və milli assosiasiyaların bir sıra çağırışları, habelə UEFA və FIFA-nın sanksiya hədələrindən sonra klublar bir-birinin ardınca turnirdən imtina etməyə başlayıblar. (report)
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular



































.jpg)

.jpg)
