İdman
Yaşar Bəşirov yenidən EKF-in İcraiyyə komitəsinin üzvü seçildi
Avropa Karate Federasiyasının (EKF) İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov növbəti 4 il müddətində bu vəzifədə fəaliyyətini davam etdirəcək.
Azərbaycan Milli Karate Federasiyanın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, o, Xorvatiyanın Poreç şəhərində EKF-in konqresində, təşkilatın 53 üzv ölkəsindən yığıncağa qatılan 43 dövlət nümayəndələri arasında seçkidə böyük üstünlüklə qalib gəlib.
Yığıncaqda bu ilin avqustunda Finlandiyanın Tampere şəhərində, 2022-ci ildə isə Çexiyanın paytaxtı Praqada yeniyetmə və gənclərin Avropa çempionatının, eləcə də, gələn il Türkiyənin Qaziantep şəhərində təşkil olunacaq böyüklərin qitə çempionatının rəsmi təqdimatı keçirilib. Daha sonra 2020-2021-ci illərin maliyyə hesabatı, 2021-2022-ci illərin büdcəsi və EKF İdman komissiyasının məruzəsi dinlənilib.
EKF prezidenti Antonio Espinos təşkilatın idarəedici orqanına yeni seçilən üzvləri təbrik edərək onlara uğurlar arzulayıb.
-
Hadisə21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO















.jpg)



















