İdman
Karateçilərimiz 4, para-karateçilərimiz 3 medalla vətənə dönürlər - FOTO
Xorvatiyanın Poreç şəhərində karate və para-karate üzrə Avropa çempionatında Azərbaycan milli komandası 7 medal qazanıb.
Milli Karate Federasiyasından Publika.az-a verilən məlumata görə, karateçilər bir qızıl, iki gümüş və bir bürünc, para-karateçilər bir qızıl və iki bürünc medala sahib olub.
Karateçilərdən İrina Zaretska (68 kq) Avropa çempionu olub. Rafael Ağayev (75 kq) və Pənah Abdullayev (84 kq) gümüş, kumite komandası isə bürünc medal qazanıb.
Para-karateçilərə gəldikdə, Emilia Mitilinova qızıl, Sahib Əhədov və Eldar Əhmədov bürünc medala yiyələnib.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Avropa Karate Federasiyası (EKF) İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov qitə çempionatının mükafatlandırma mərasimində iştirak edib. Tokio Yay Olimpiya Oyularında karate yarışlarını idarə etməyə dəvət alan beynəlxalq hakim və EKF Hakimlər komitəsinin üzvü Cahangir Babayev final görüşlərinin referiləri arasında olub. Karate çempionatında 47 ölkədən 513 karateçi, para-karatedə isə 15 dövlətdən 49 idmançı iştirak edib.
Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov yarış günlərində dəstək vermək üçün nümayəndə heyətinin yanında olub. Komanda ilə görüşdə F.Qurbanov qarşıdakı yarışlarda idmançılara uğurlar arzulayıb.
Bağlanış mərasimində EKF-in bayrağı növbəti Avropa çempionatının təşkilatçısı Türkiyə Karate Federasiyasının rəsmilərinə verilib.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu




































.jpg)


