İdman
Badmintonla bağlı proqramın icrasına başlanıldı - FOTO
Azərbaycanda ilk dəfə “Shuttle Time” proqramının tətbiqinə start verilib.
Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, proqram Dünya Badminton Federasiyası ilə birgə əməkdaşlığının nəticəsi olaraq “BWF Membership Grants” layihəsi çərçivəsində gerçəkləşdirilir.
Əvvəlcə Lənkəranda idman müəllimləri üçün 4 günlük təlimlər keçirilib. Təlim iştirakçıları badmintonun nəzəri və praktik biliklərinə yiyələnib. 1 - 4 iyunda Qusar, 8 - 11 iyunda Bakı, 15 - 18 iyunda Sumqayıt və 22 - 25 iyunda Gəncədə “Shuttle Time” proqramı təşkil olunacaq.
Layihənin əsas məqsədi ölkədə badmintonun kütləviliyinə nail olmaq, məktəblilər arasında bu idman növünə maraq oyatmaq və gənc badminton məşqçiləri hazırlamaqdır.
“Shuttle Time” proqramı Dünya Badminton Federasiyası, Avropa Badminton Konfederasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur













.jpg)





















.jpg)
.jpg)

