İdman
Millimiz Belarus yığmasını MƏĞLUB ETDİ - (YENİLƏNDİ)
Futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib.
Publika.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Minskdə Belarus yığması ilə üz-üzə gəlib.
"Dimamo" Milli Olimpiya Stadionundakı qarşılaşma Azərbaycan yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk hissə qolsuz bərabərliklə yekunlaşıb. Meydan sahiblərinin heyətində Maksim Skaviş 56-cı dəqiqədə hesabı açıb. Qoldan sonra Azərbaycan millisi oyuna nəzərat etməyə başlayıb. 73-cü dəqiqədə Bədavi Hüseynov tarazlığı bərpa edib. 90+1-ci dəqiqədə isə Ramil Şeydayev qələbə qolunu vurub.
Qarşılaşma yığmanın bir neçə futbolçusu üçün əlamətdar olub. Start heyətdə meydana çıxan "Sumqayıt"ın müdafiəçisi Höccət Haqverdi və ikinci hissədə oyuna daxil olan Ukrayna "Minay"ından Rüstəm Əhmədzadə millidə debüt edib.
Kapitan Maksim Medvedev isə 69-cu dəfə yığmanın formasını geyinib. 32 yaşlı müdafiəçi hazırda "Qarabağ"ın baş məşqçisi olan yığmanın sabiq hücumçusu Qurban Qurbanovu geridə qoyaraq ən çox oyun keçirən futbolçuların siyahısında 7-ci yeri ələ keçirib. 65-ci dəfə meydana çıxan yarımmüdafiəçi Qara Qarayev isə Emin Ağayevə çataraq, ən çox oyun keçirən futbolçuların sıralamasında 9-cu pilləyə şərik çıxıb.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl yoldaşlıq matçında Türkiyəyə 1:2 hesabı ilə uduzub. Komanda iyunun 6-da Kişineuda Moldova ilə üz-üzə gələcək.
xxx
21:24
Minskdəki "Dinamo" Milli Olimpiya Stadionunda beynəlxalq yoldaşlıq görüşü çərçivəsində keçirilən Belarus-Azərbaycan oyununda hesab açılıb.
Publika.az xəbər verir ki, Belarus millisinin hücumçusu Maksim Skavış 56-cı dəqiqədə komandasını önə çıxarıb - 1:0.
xxx
20:20
Minskdəki "Dinamo" Milli Olimpiya Stadionunda beynəlxalq yoldaşlıq görüşü çərçivəsində keçirilən Belarus- Azərbaycan oyunu başladı.
xxx
19:36
Bakı vaxtı ilə saat 20:00-da başlayacaq Belarus - Azərbaycan beynəlxalq yoldaşlıq oyunu üçün heyətlər müəyyənləşib.
Publika.az xəbər verir ki, komandalar meydana aşağıdakı tərkibdə çıxacaq:
Belarus: 12. Pavlyuçenko, 2. Peçenin. 3. Şvetsov, 4. Volodko, 5. Bıkov, 6. Xadarkeviç, 9. Ebonq (k), 11. Skaviş, 13. Zolotov, 14. Yablonski, 20. Antilevski
Ehtiyat oyunçular: 1. Çiçkan, 16. Vasilyuşek, 7. Şevçenko, 8. Zayats, 10. Qreçixo, 15. Yuzepçuk, 17. Solovey, 18. Sedko, 19. Podstrelov, 21. Klimoviç, 22. Neçayev, 23. Şevçenko
Azərbaycan: 1. Emil Balayev, 18. Anton Krivotsyuk, 4. Höccət Haqverdi, 15. Bədavi Hüseynov, 5. Maksim Medvedev (k), 3. Azər Salahlı, 2. Qara Qarayev, 8. Emin Mahmudov, 21. Toral Bayramov, 7. Namik Ələskərov, 9. Əli Qurbani
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev, 10. Aleksey İsayev, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 14. Şəhriyar Əliyev, 16. Elvin Camalov, 17. Elvin Cəfərquliyev, 19. Anatoliy Nuriyev, 20. İsmayıl İbrahimli, 22. Rüstəm Əhmədzadə
08:36
xxx
Bu gün futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşünü keçirəcək.
Publika.az xəbər verir ki. Canni De Byazinin baş məşqçi olduğu kollektiv Minskdə Belarus yığmasının qonağı olacaq. "Dimamo" Milli Olimpiya Stadionunda təşkil ediləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Bu, iki komanda arasında dördüncü oyun kimi tarixə düşəcək. Əvvəlki üç görüş də yoldaşlıq xarakteri daşıyıb. Tərəflər hərəyə bir dəfə minimal hesabla qalib gəlibsə, daha bir qarşılaşma heç-heçə ilə yekunlaşıb - 2:2.
Hazırda Belarus FIFA reytinqində 89-cu, Azərbaycan 110-cu yerdə gedir.
Azərbaycan millisi daha əvvəl Alanyada Türkiyə yığmasına 1:2 hesabı ilə uduzub. Növbəti yoldaşlıq görüşü iyunun 6-da Kişineuda Moldovaya qarşı olacaq. Belarus isə ilk belə oyununa çıxacaq.
Qeyd edək ki, Azərbaycan millisinin futbolçularından Bəhlul Mustafazadə və Elvin Bədəlov hazır olmadıqları üçün Belarusa qarşı oynamayacaqlar.
2 iyun
Yoldaşlıq görüşü
20:00. Belarus - Azərbaycan
Minsk, "Dinamo" Milli Olimpiya Stadionu.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu




































.jpg)


