İdman
Dünya kuboku: Vasif Durarbəyli növbəti mərhələyə vəsiqə qazandı
Rusiyanın Soçi şəhərində Azərbaycan şahmatçılarının da qatıldığı dünya kuboku yarışları davam edir.
Publika.az xəbər verir ki, bu gün dünya kubokunun üçüncü mərhələsinin cavab oyunları keçirilib. Belə ki, otuzikidəbir finalda kişi şahmatçılarımız — Şəhriyar Məmmədyarov ermənistanlı Haik Martirosyana qalib gələrək hesabı bərabərləşdirib. Şahmatçımız rəqibi ilə tay-brekdə mübarizə aparacaq. Vasif Durarbəyli isə çexiyalı David Navaranı 1,5:0,5 hesabla məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
Yığmamızın digər üzvləri - Nicat Abasov rusiyalı Andrey Yesipenko, Günay Məmmədzadə iranlı Sarasadat Hademalşarieh, Gülnar Məmmədova isə almaniyalı Elizabet Paetsə məğub olaraq yarışla vidalaşıblar.
Xatırladaq ki, dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaqlar.
-
Hadisə21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO















.jpg)



















