İdman
İrina Zaretska üçüncü döyüşünü keçirdi - YENİLƏNDİ
Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Publika.az-ın məlumatına görə, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı A qrupundakı üçüncü döyüşündə qazaxıstanlı Sofya Berultseva ilə üz-üzə gəlib.
Qrupdakı ilk iki qarşılaşmasından qalib ayrılan Zarestka bu dəfə rəqibinə 4:5 hesabı ilə uduzub. O, qrupda sonuncu görüşünü Meltem Akyol Hocaoğluya (Türkiyə) qarşı keçirəcək.
Qrupda ilk 2 yerdən birini tutacağı təqdirdə, Azərbaycan təmsilçisi yarımfinala yüksələcək və ən azı bürünc medalı təmin edəcək.
***
Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Publika.az-ın məlumatına görə, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı A qrupundakı ilk döyüşündə italiyalı Silviya Semeraro ilə üz-üzə gəlib.
Zaretska rəqibinə 3:2 hesabı ilə qalib gəlib. O, növbəti qarşılaşmasını Sofya Berultseva (Qazaxıstan) ilə keçirəcək.
Qrupda ilk 2 yerdən birini tutacağı təqdirdə, Azərbaycan təmsilçisi yarımfinala yüksələcək və ən azı bürünc medalı təmin edəcək.
***
Tokio 2020 Yay Olimpiya Oyunlarında Azərbaycan karateçisi İrina Zaretskaya qadınlar arasında 61 kiloqramdan yuxarı çəki dərəcəsində yarışlara qələbə ilə başlayıb.
Publika.az-ın məlumatına görə, İ.Zaretskaya qrup mərhələsinin ilk görüşündə yaponiyalı idmançı Ayumi Uekusaya 4-1 hesabı ilə qalib gəlib.
Karateçimiz qrup mərhələsində növbəti görüşlərini italiyalı Silviya Semeraro, qazaxıstanlı Sofya Berultseva və Meltem Hocaoğlu Akyola qarşı keçirəcək.
Xatırladaq ki, ötən gün azərbaycanlı karateçi Rəfael Ağayev 75 kiloqram çəki dərəcəsində gümüş medala sahib olub.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
































.jpg)
.jpg)

