İdman
Avropa Liqası: "Neftçi" səfərdə HİK-lə qarşılaşacaq
Bu gün "Neftçi" komandası UEFA Avropa Liqasında III təsnifat mərhələsinin cavab görüşünü keçirəcək.
Publika.az xəbər verir ki, Samir Abasovun baş məşqçi olduğu kollektiv Finlandiyanın paytaxtı Helsinkidəki "Bolt Arena"da HİK-in qonağı olacaq. Bakı vaxtı ilə saat 20:00-da başlanacaq görüşü türk əsilli almaniyalı referi Deniz Aytekin idarə edəcək.
Bu komandalar arasında avqustun 3-də "Bakcell Arena"da oynanılmış ilk qarşılaşmada qalib müəyyənləşməyib - 2:2. UEFA səfər qolu qaydasını ləğv etdiyindən, istənilən hesablı heç-heçə cavab görüşünü əlavə vaxta aparacaq.
"Neftçi" və HİK bunadək Çempionlar Liqasının II təsnifat mərhələsində çıxış edib. Azərbaycan klubu Yunanıstan "Olimpiakos"u (0:1; 0:1), Finlandiya təmsilçisi isə İsveç "Malmö"sü (1:2; 2:2) ilə görüşlərin yekununda uduzaraq, mübarizəni Avropa Liqasında davam etdirib.
Komandalar meydana itkilərlə çıxacaqlar. "Neftçi"dən Namik Ələskərov zədə, Uqo Basto isə koronavirusa yoluxması səbəbindən oynamayacaq. HİK-ə gəldikdə, müdafiəçi Kevin-Kuassivi Benisson, yarımmüdafiəçilər Santeri Vyayanyanen və İqor Çukoviçin zədə səbəbindən meydana çıxması sual altındadır.
Qeyd edək ki, cütün qalibi Avropa Liqasının pley-off mərhələsində Türkiyənin "Fənərbağça" komandası ilə qarşılaşacaq. Məğlub klub isə mübarizəni UEFA Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək. Rəqib isə "Torshavn" (Farer adaları) - "Makkabi" (Hayfa, İsrail) cütünün qalibi olacaq. Bu komandalar arasındakı ilk görüşdə "Makkabi" böyük hesabla qalib gəlib - 7:2.
UEFA Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
12 avqust
20:00. HİK (Finlandiya) - "Neftçi" (Azərbaycan)
Hakimlər: Deniz Aytekin, Kristian Diets, Markus Sinn, Martin Petersen (hamısı Almaniya)
"Bolt Arena"
İlk oyun - 2:2.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
