İdman
DÇ-2022: Türkiyə və Niderlanddan darmadağın, Ukrayna Fransa ilə heç-heçə etdi - VİDEO
Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində V turun daha 7 oyunu keçirilib.
Publika.az xəbər vverir ki, qarşılaşmalar D, F, G və H qruplarında baş tutub.
D qrupunda Fransa səfərdə Ukraynanın müqavimətini qıra bilməyib - 1:1. F qrupunda İsrail Avstriyanı, Şotlandiya Moldovanı, Danimarka isə Farer adalarını məğlub edib.
G qrupunda yer alan Türkiyə millisi səfərdə Cəbəllütariqlə qarşılaşıb. Görüş "ay-ulduzlular"ın 3:0 qələbəsi ilə başa çatıb. Qolları 54-cü dəqiqədə Halil Dervişoğlu, 65-ci dəqiqədə Hakan Çalhanoğlu, 83-cü dəqiqədə isə Kenan Karaman vurublar. Bu qrupun digər görüşündə Niderland evdə Monteneqronu darmadağın edib.
H qrupunda isə Xorvatiya səfərdə Slovakiyaya qalib gəlib.
D qrupu
22:45. Ukrayna - Fransa - 1:1
Qollar: Nikolay Şaparenko, 44 - Antoni Marsyal, 50
Xal durumu: Fransa - 9 (5 oyuna), Finlandiya - 5 (3), Ukrayna - 5 (5), Bosniya və Herseqovina - 2 (3), Qazaxıstan - 2 (4)
F qrupu
22:45. Farer adaları - Danimarka - 0:1
Qol: Yonas Vind, 85
Qırmızı vərəqə: Rene Yonsen, 84 (Farer adaları)
22:45. İsrail - Avstriya - 5:2
Qollar: Manor Solomon, 5, Munas Dabbur, 20, Eran Zahavi 33; 90, Şon Veysman, 59 - Kristof Baumqartner, 42, Marko Arnautoviç, 55
22:45. Şotlandiya - Moldova - 1:0
Qol: Lindon Dayks, 14
Xal durumu: Danimarka - 15, İsrail - 10, Şotlandiya - 8, Avstriya - 7, Farer adaları - 1, Moldova - 1
G qrupu
22:45. Niderland - Monteneqro - 4:0
Qollar: Memfis Depay, 38 (penalti); 62, Corcinyo Veynaldum, 70, Kodi Qakpo, 76
22:45. Cəbəllütariq - Türkiyə - 0:3
Qollar: Halil Dervişoğlu, 54, Hakan Çalhanoğlu, 65, Kenan Karaman, 83
Xal durumu: Rusiya - 10, Xorvatiya - 10, Sloveniya - 7, Slovakiya - 6, Malta - 4, Kipr - 4 ("Report")
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...












.jpg)






















.jpg)


