İdman
Kişineuda Anım Günü ilə bağlı tədbir keçirildi

Ölkəmizin Moldovadakı səfirliyində Moldovadakı Azərbaycanlılar Konqresi (MAK) ilə birgə 27 sentyabr - Azərbaycan Respublikasında Anım Gününə həsr edilmiş tədbir keçirilib.
Səfirlikdən Publika.az-a bildiriblər ki, tədbirdə Kişineu şəhər merinin müavini Olqa Ursu, Moldovanın Millətlərarası Əlaqələr Agentliyinin rəhbəri Vera Petuhov, Türkiyənin Moldovadakı səfiri Gürol Sökmensüer, Moldovada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ölkədə fəaliyyət göstərən yəhudi, qaqauz, rus və digər diaspor təşkilatlarının rəhbərləri və üzvləri, yerli və xarici tələbələr, media nümayəndələri və həmvətənlərimiz iştirak ediblər.
İlk növbədə, tədbir iştirakçıları tərəfindən səfirliyin önündə yeni yaradılmış bağçada Anım Gününə həsr edilmiş guşəyə gül dəstələri düzülüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən səfir Qüdsi Osmanov 30 il əvvəl ermənilər tərəfindən ölkəmizdəki siyasi qeyri-sabitlikdən istifadə edilərək Azərbaycan ərazisinin 20 faizini qanunsuz olaraq işğal etdiyini, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə sabitliyin bərqərar olduğunu və onun layiqli davamçısı Prezident İlham Əliyev sayəsində Azərbaycanın güclü və regionun lider ölkələrindən birinə çevrildiyini bildirib. Səfir qeyd edib ki, ötən ilin bu günündən başlayaraq 44 gün ərzində şanlı Azərbaycan Ordusu, əsgər və zabitlərimiz Vətən naminə qəhrəmanlıq nümayiş etdirib, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edib. O, BMT-nin məlum qətnamələrinin Azərbaycan tərəfindən təkbaşına təmin edildiyini və bununla da, beynəlxalq ədalətin bərpa olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Səfir Vətən müharibəsi günlərində Azərbaycan xalqının vətənpərvərlik, həmrəylik və birlik nümayiş etdirdiyini vurğulayıb. Çıxışının sonunda Q.Osmanov Moldova Respublikasının rəhbərliyinə Azərbaycan Respublikasının ərazi bütövlüyünü daim dəstəklədiyinə görə təşəkkürünü bildirib.
Tədbirdə Moldovanın Millətlərarası Əlaqələr Agentliyinin direktoru Vera Petuxov çıxış edərək Azərbaycan xalqına dəstəyini bildirib və ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizədə həyatını itirən şəhidlərimizə başsağlığı verib. Bu kimi tədbirlərin vacibliyini bildirən agentliyin direktoru səfirliyimiz və Moldovadakı Azərbaycanlılar Konqresi ilə sıx əməkdaşlığın uğurla davam edəcəyinə əminliyini ifadə edib.
Öz növbəsində, tədbirdə Türkiyənin Moldovadakı səfiri Gürol Sökmensuer çıxış edərək ötən il Azərbaycan torpaqlarının azad edilməsi ilə haqqın bərqərar olduğunu qeyd edib, vətən yolunda canlarından keçmiş bütün şəhidlərə dərin ehtiramını bildirib. G.Sökmensuer “bir millət, iki dövlət” şüarı altında Türkiyənin qardaş Azərbaycan xalqının daim yanında olduğunu vurğulayıb.
Daha sonra Kişineu şəhər merinin müavini Olqa Ursu çıxışında Kişineu meriyası adından Vətən uğrunda döyüşlərdə şəhid olanların ailələrinə başsağlığı verib, qəhrəmanların qəlblərdə daim yaşadığını və Vətən uğrunda canlarından keçən igidlərin xatirəsini yad etməyin vacibliyini qeyd edib.
Sonda tədbirdə iştirak edən qonaqlara Vətən müharibəsinə dair broşürlər və “Xarıbülbül” xatirə nişanları paylanılıb. Qonaqlar xatirə kitabına ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizlə bağlı başsağlığı və ürək sözlərini yazıb.
Moldovada fəaliyyət göstərən diaspor təşkilatımız MAK tərəfindən Moldovanın dövlət qurumları və beynəlxalq təşkilatlara 27 sentyabr – Anım Gününə dair müraciət ünvanlanıb.
Anım tədbiri Moldovanın aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video
-
Region19 Sentyabr 23:25
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: Xəsarət alanlar var - Fotolar
-
Magazin119 Sentyabr 22:26
Alim Qasımovdan maraqlı açıqlamalar: “Anamla xanımıma rüşvət verirdim”- VİDEO
-
Art19 Sentyabr 22:12
"Grammy" mükafatlı sənətçi təyyarə qəzasında həlak oldu
-
ABŞ19 Sentyabr 19:20
Tramp yenə ölümdən döndü - Bu dəfə helikopterində nasazlıq yarandı
-
MDB19 Sentyabr 19:10
Rusiya qırıcıları indi də bu ölkənin hava məkanını pozdu
-
İdman19 Sentyabr 19:00
Piastri Bakıda qaydanı pozdu: Araşdırma aparılır