İdman
Dünya çempionatı: güləşçimiz yarımfinalda
Norveçin paytaxtı Oslodakı dünya çempionatında Azərbaycanın daha 3 yuna-Roma güləşçisi mübarizəyə başlayıb.
Publika.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Murad Məmmədov ardıcıl olaraq Kriştian Keçkemeti (Macarıstan) və Aydos Sultangaliyə (Qazaxıstan) qalib gəlib.
Ayata Suzukini (Yaponiya) də məğlub edən Məmmədov yarımfinala yüksəlib.
97 kq-dakı Murad Lokyayev Pontus Lundu (İsveç) yensə də, Vilius Laurinaitisin (Litva) müqavimətini qıra bilməyib. Stepan Davida (Çexiya) qalib gələn Beka Kandelaki (130 kq) isə Yakobi Kajayaya (Gürcüstan) uduzub.
Lokyayev və Kandelaki rəqibləri finala çıxacağı təqdirdə sabah təsəlliverici görüşlərə qatılacaqlar.
Bu gün həmçinin digər yunan-Roma güləşçiləri Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) mundialda final görüşünə, Eldəniz Əzizli (55 kq) isə bürünc medal uğrunda qarşılaşmaya çıxacaq. Əzizli Ekrem Öztürklə (Türkiyə), Süleymanov Roman Vlasovla (Rusiya), Hüseynov isə Burhan Akbudakla (Türkiyə) güləşəcək.
Yarımfinallar Bakı vaxtı ilə saat 18:30-da, medal mücadələləri isə saat 20:00-da start götürəcək.
Xatırladaq ki, indiyədək Azərbaycanın sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşçilər isə yarışı medalsız bitirib.
-
Səhiyyə21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ
-
Elm və təhsil18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər
-
Sosial15:55Pensiya alanların nəzərinə
-
Rəsmi xronika14:52İlham Əliyev məktəbəqədər təhsillə bağlı fərman imzaldı

































