İdman
Fərid Qayıbov dünya çempionatında medal qazanmış karateçilərlə görüşdü
Gənclər və idman naziri Fərid Qayıbov 16 - 22 noyabrda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatında uğurla çıxış etmiş Azərbaycan karateçiləri ilə görüşüb.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, görüşdə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov yarışa hazırlıq və idmançıların nəticələri barədə, eləcə də onların son zamanlarda qatıldıqları digər turnirlərdəki uğurları barədə naziri məlumatlandırıb.
F.Qayıbov karateçilərin ötən ay dünya çempionatındakı çıxışlarını maraqla izlədiyini və əldə etdikləri nəticənin sevindirici olduğunu vurğulayıb. Y.Bəşirovu Beynəlxalq Şotokan Federasiyasının prezidenti seçilməsi münasibətilə təbrik edən nazir federasiyanın fəaliyyətinə və Azərbaycan karateçilərinə uğurlar arzulayıb.
Görüşdə kişilərdən ibarət kumite yığmasının baş məşqçisi Qurban Tağıyev, qadınlardan ibarət kumite millisinin baş məşqçisi Denis Morozov, federasiyanın baş hakimi Cahangir Babayev, para-karate üzrə yığma komandanın baş məşqçisi Rənad Əliyev də iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan karateçilərindən İrina Zaretska (68 kq) dünya çempionu olub, Asiman Qurbanlı (+84 kq) isə bürünc medal qazanıb. Bundan başqa, Rafael Ağayev, Asiman Qurbanlı, Tural Ağalarzadə, Turqut Həsənov, Pənah Abdullayev, Tural Ələkbərli, Rafiz Həsənovdan ibarət komanda, eləcə də para-karateçilər - Emiliya Mitilinova və Eldar Əhmədov dünya üçüncüsü olublar.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu




































.jpg)


