İdman
Karateçilərə pul mükafatları verildi
Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəhbərliyi 2021-ci ildə yüksək nəticə göstərmiş yeniyetmə, gənclər və böyüklərdən ibarət milli komandaların idmançı və məşqçilərini, həmçinin şəxsi məşqçiləri mükafatlandırıb.
AMKF-dan Publika.az-a verilən məlumata görə, görüşdə cari ilin ən uğurlu illərdən biri olduğunu xatırladan federasiya prezidenti Yaşar Bəşirov bu mövsüm Dünya Karate Federasyasının (WKF) nüfuzlu Gənclər Liqası və Premyer Liqa turnirləri ilə yanaşı, Dünya Kuboku, I MDB Oyunları, iki Avropa və bir dünya çempionatında, o cümlədən Dünya Şotokan Federasiyasının (WSF) dünya çempionatında böyük nəticələr əldə edildiyini bir daha diqqətə çatdırıb. O, Tokio-2020 Yay Olimpiya Oyunlarında qazanılmış 2 gümüş medalı isə federasiyanın tarixində ən böyük naliyət adlandırıb.
Y.Bəşirov olimpiada ilə yanaşı, 14 rəsmi və bir sıra digər beynəlxalq yarışlarda iştirak edən Azərbaycan karateçilərinin 319 medal qazandığını, mükafatlar arasında 89 qızıl, 118 gümüş, 112 bürünc medal olduğunu deyib. Bu nəticələr arasında para-karateçilərin uğurlu çıxışları və beynəlxalq hakimlərin sayıınıın artdığını da diqqətə çatdıran Y.Bəşirov bütün bu nailiyyətlərin dövlət qayğısı sayəsində əldə edildiyini söyləyib.
Görüşdə iştirak edən federasiyanın İdarə heyətinin üzvü Füzuli Musayev karateçilərin nəticələrinin ilbəil artmasının uğurlu tendensiya olduğunu bildirib. Hər zaman üzərlərində qayğı hiss etdiklərini bildirən məşqçilər, idmançılar və hakimlər onlara göstərilən etimadı bundan sonra da doğruldacaqlarını nəzərə çatdırıblar.
Görüşün sonunda il ərzində müxtəlif yarışlarda nəticə göstərmiş idmançı və məşqçilərə müvafiq pul mükafatları təqdim edilib.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?























.jpg)
.jpg)






