İdman
Messinin forması 400 min avroya satıldı
Fransanın PSJ klubunun futbolçusu Lionel Messinin karyerasında 500-cü qolunu vurarkən geyindiyi forma hərracda satılıb.
Publika.az Report-a istinadən xəbər verir ki, adı açıqlanmayan alıcı geyim dəsti üçün təqribən 400 000 avro ödəyib.
35 yaşlı hücumçu yubiley qoluna 2017-ci ilin aprelində - İspaniya "Barselona"sında çıxış edərkən imza atıb. Argentinalı forvard "Real Madrid"i 3:2 hesabı ilə məğlub etdikləri La Liqa matçında fərqlənib. Həmin qarşılaşmada dubl edən ulduz futbolçunun ikinci qolu 500-cü olub.
Messi qoldan sonra formasını çıxararaq, Madrid azarkeşlərinə nümayiş etdirib.
Qeyd edək ki, Lionel Messi 2021-ci ilin yayında "Barselona"nı PSJ-yə dəyişib.
-
Hadisə21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO















.jpg)



















