İdman
Şəhriyar Məmmədyarov Levon Aronyanla heç-heçə etdi
Bu gün Rumıniyanın paytaxtı Buxarestdə “Grand Chess Tour” seriyasının ilk mərhələsi olan “Superbet Chess Classic” şahmat turnirinin 9-cu turunun oyunları keçirilib.
Publika.az">Publika.az xəbər verir ki, yarışda iştirak edən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov son turda ABŞ təmsilçisi Levon Aronyanla üz-üzə gəlib. Qara fiqurlarla mübarizə aparan şahmatçımızın qarşılaşması heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, Ş.Məmmədyarov turnirdə 3,5 xal toplayıb. Belə ki, qrossmeysterimiz əvvəlki turlarda Yan Nepomnyaşiyə (FIDE) qalib gəlib, ABŞ təmsilçiləri Uesli So, Fabiano Karuana və Leyner Domingesə uduzub, macarıstanlı Riçard Rapport, Maksim Vaşye-Laqrav (Fransa), Boqdan Daniel-Deak (Rumıniya) və Alireza Firuzca (Fransa) ilə heç-heçə edib.
Dairəvi sistem üzrə təşkil olunan turnirin ümumi mükafat fondu 350 min ABŞ dollarıdır.
Xatırladaq ki, Ş.Məmmədyarov 2021-ci ildə keçirilmiş “Superbet Chess Classic” turnirinin qalibi olub.
-
Hadisə21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto












.jpg)










_(1).jpg)










