İdman
"Araz-Naxçıvan" Futbol Klubunun bərpasının ilk addımları... - Tahiroviç
"Bu, həm futbol bayramı, həm də "Araz-Naxçıvan" Futbol Klubunun bərpasının ilk addımlarıdır. Biz Azərbaycan futbol çempionatında 3 dəfə öz gücümüzü sınamışıq. İndi çox şükür ki, komandamız yenidən bərpa olunacaq".
Publika.az">Publika.az xəbər verir ki, bunu "Araz-Naxçıvan" Futbol Klubun İdarə Heyətinin üzvü Tahir Tahiroviç klubun 55 illik yubileyi münasibətilə təşkil olunan "Bir uşaq-Bir top" festivalından öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, "Araz-Naxçıvan"ın elə strukturu qurulur ki, həm təşkilati, həm baza, həm idman bazası baxımından yaxşı olsun və bu, davam edəcək: "Özümüzü gediləsi uzun yolda hiss edəcəyik. Hədəflərimiz yaxın 5-10-15 illə bağlıdır. Struktur baxımından güclənəcəyik ki, baş məşqçimizin qarşısına daha böyük tapşırıqlar qoyulsun. Məncə, bu uzun yolda bizə şərait yaradılıb".
Tahir Tahiroviç SSRİ dövründə mavi formalarla oynayan "Araz-Naxçıvan" Futbol Klubunun indi isə ağ-qırmızı zolaqlı formada yarışlara çıxmasının səbəbini açıqlayıb: "Rəngimiz əslində qırmızıdır. Bunun da müəllifi mənəm. Məşhur kosmonavt Aleksey Leonov orbitə çıxan ilk insandır. Onun kitabını oxumuşam, deyir ki, yer kürəsi orbitdən qırmızı görünür. O, həmin rəngi bir çox axtardığını yazır. Leonov 70-ci illərin sonunda Naxçıvanda olub həmin rəngi Naxçıvanın dağlarında gördüyünü qeyd edir. Mən də dedim ki, onun şərəfinə qırmızı rəngi götürək".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
