İdman
Ülvü gümüş medal qazandı, komanda çempion oldu
İtaliyanın paytaxtı Romada güləş üzrə Matteo Pellikone turniri davam edir.
Azərbaycan Güləş Federasiyasından Publika.az">Publika.az-a verilən məlumata görə, yarışın 2-ci günündə yunan-Roma güləşi üzrə sonuncu təmsilçimiz xalça üzərinə çıxıb. Ülvü Qənizadə (72 kq) təsnifat mərhələsində 23 yaşadək güləşçilər arasında Avropa çempionu Kristian İştvan Vançaya (Macarıstan) qalib gəlib - 5:1. Güləşçimiz 1/4 finalda eyni hesabla moldovalı Valentin Petiçi üstələyib. Qənizadə yarımfinalda norveçli Haavard Yorgenseni məğlub edib - 3:1. Ancaq Ülvü finalda litvalı Kristupas Sleyvayla güləşməyib. Ayağından zədələndiyi həlledici görüşdə iştirak etməyən milli üzvü gümüş medalla kifayətlənib.
Beləliklə, millimiz reytinq turnirini 9 medalla başa vurub. 4 qızıl, 3 gümüş və 2 bürünc medal əldə edən yığmamız 148 xal toplayıb. Azərbaycan komanda hesabında 1-ci yeri tutub. Ölkəmiz 2-ci pillədə qərarlaşan Macarıstanı 46 xal qabaqlayıb. İran isə 98 xalla isə 3-cü olub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
