İdman
"Nant"ın baş məşqçisi: "Qarabağ"a afərin!"
"Birinci hissə yaxşı oynadıq. Amma qol vura bilmədik. Rəqib isə bundan yararlandı. Onlara afərin deyirəm. Bravo"!
Publika.az-ın məlumatına görə, bunu Fransanın "Nant" komandasının baş məşqçisi Antuan Kambuare Bakıda "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan sonra mətbuat konfransında deyib.
59 yaşlı mütəxəssis bu nəticədən sonra istefa verməyəcəyini bildirib: "Futbolda belə nəticələr qeydə alına bilər. Biz növbəti matçda rəqibdən revanş almaq istəyirik. Liqa 1-də vacib görüşümüz var. Sosial şəbəkədə yazılanlara baxmıram və çox fikir vermirəm".
Fransalı baş məşqçi qrup mərhləsində 6 oyunun olduğunu xatırladıb: "Bizim də "Qarabağ" kimi 3 xalımız var. İlk görüşümüzdə qalib gəlmişik, bu gün isə məğlub olduq. Növbəti qarşılaşmalarda qələbə qazanmağa çalışacağıq. "Qarabağ"ın çox güclü komanda olduğunu daha əvvəl də bildirmişdim. Onların avrokuboklarda təcrübəsi daha çoxdur. Çətin olacağını bilirdik. Amma 0:3 hesablı məğlubiyyət düşünmürdüm".
Kambuare görüşün ilk yarısında fürsətləri boşa verdiklərini xatırladıb: "Futbolda belədir ki, vurmayana vurarlar. Bizə qarşı yaxşı pressinq oldu və dözə bilmədik. Sonda da "sındıq". "Qarabağ" da bundan istifadə edib qollarını vurdu. Həm də müdafiədə yaxşı oynaya bilmədik. Zəiflik nümayiş etdirdik".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
