İdman
Bu gün Azərbaycan Kubokunda finalçılar bəlli olacaq
Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.
Publika.az xəbər verir ki, bununla da turnirin finalçıları bəlli olacaq. Hər iki cavab qarşılaşması eyni saatda start götürəcək.
İlk matçda səfərdə "Turan Tovuz"a 0:1 hesabı ilə uduzan "Neftçi" bu dəfə rəqibini "Bakcell Arena"da sınağa çəkəcək. Mərhələni adlamaq üçün paytaxt klubu ən azı 2 top fərqi ilə qalib gəlməli, bölgə təmsilçisi isə heç-heçə etməlidir. Meydan sahiblərinin minimal hesablı qələbəsi oyunu əlavə vaxta aparacaq.
Digər yarımfinal matçında isə "Qəbələ" "ASCO Arena"da "Səbail"in qonağı olacaq. Əyalətdə keçirilmiş ilk görüşdə "qırmızı-qaralar" 3:2 hesablı qələbəyə seviniblər. Elmar Baxşıyevin baş məşqçi olduğu komandaya finala yüksəlmək üçün heç-heçə də kifayət edəcək. "Dənizçilər" isə mütləq qalib gəlməlidirlər.
Azərbaycan Kuboku
Yarımfinal, cavab oyunları
26 aprel
20:00. "Neftçi" - "Turan Tovuz"
Baş hakim: Fərid Hacıyev
İlk oyun - 0:1
Bakı, "Bakcell Arena"
20:00. "Səbail" - "Qəbələ"
Baş hakim: Əliyar Ağayev
İlk oyun - 2:3
Bakı, "ASCO Arena"
Qeyd edək ki, ölkə kubokunun final oyunu iyunun 3-də "Bakcell Arena"da keçiriləcək.
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur













.jpg)





















.jpg)
.jpg)

