İdman
I Avropa Oyunları Almaniyada təqdim olundu - FOTO
Oktyabrın 13-də Almaniyanın paytaxtı Berlin şəhərinin məşhur mədəniyyət mərkəzlərindən olan Bode muzeyində Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə birinci Avropa Oyunlarına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sədri olduğu birinci Avropa Oyunlarının təşkilat komitəsinin fəaliyyətindən bəhs edilib.
Publika.az xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Almaniya Bundestaqının Cənubi Qafqaz dostluq qrupunun sədri Karin Ştrents, Almaniya Olimpiya Komitəsinin prezidenti Alfons Hörman çıxış ediblər.
Pərviz Şahbazov Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Almaniyadakı fəaliyyəti barədə danışıb, Fondun mədəniyyət sahəsində ikitərəfli münasibətlərə verdiyi töhfə haqqında məlumat verib. Səfir, həmçinin ölkələrimiz arasındakı münasibətlərin hazırkı vəziyyəti və inkişafından söhbət açıb.
Çıxış edən Azad Rəhimov Azərbaycanın sürətli inkişafı, idmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətlər, ölkəmizin bir sıra yüksək səviyyəli beynəlxalq yarışlara ev sahibliyi etməsi barədə danışıb. Nazir daha sonra tədbir iştirakçılarına Bakda keçiriləcək birinci Avropa Oyunları barədə ətraflı məlumat verib.
Mərasimdə Azərbaycan ilə Almaniya arasındakı tarixi əlaqələr, Heydər Əliyev Fondunun ölkə daxilində və xaricdə mədəni irsin qorunub-saxlanması, mədəniyyət münasibətlərinin təşviq olunması və gənclərin təhsil alması imkanlarının yaxşılaşdırılması istiqamətində gördüyü işlər barədə məlumat verilib. Birinci Avropa Oyunlarına hazırlıq prosesini əks etdirən film nümayiş etdirilib.
Tədbirdə, həmçinin Almaniyanın dövlət katibləri, Bundestaqın deputatları, tanınmış siyasi xadimlər, Almaniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələr, Azərbaycan diasporunun fəalları və Almaniya mətbuatının təmsilçiləri iştirakı ediblər.
-
ABŞ22:54ABŞ Milli Kəşfiyyatının direktoru istefa verdi - Yerinə kim gələcək?
-
Magazin121:27"Mən yaşamıram, zülm çəkirəm, qızımın toyundan sonra..." - Xalq artisti
-
Ekologiya20:26Qeyri-sabit hava bu tarixədək davam edəcək - Proqnoz
-
Ekopublika.az19:10Ətin qiyməti 39 manata qalxdı - Səbəbi bu imiş...
-
Elm və təhsil18:40DİM qərar verdi: Mayın 17-də imtahan verənlərin nəzərinə!
-
Sosial16:26Uşaqpulunun verilməsinin tərəfdarıyam, vəssalam!
-
Dünya15:51Kılıçdaroğluya 2 milyonluq zərbə: Sədr olan kimi...
-
Dünya14:50Cümhuriyyət Xalq Partiyası parçalanır - CHP-nin yerinə yeni partiya yaradılır






































