İdman
Rüsvayçılıq Rövnəq Abdullayevi də əsəbiləşdirdi – “Kor-kor, gör-gör”
Futbol üzrə “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinın səfərdə Xorvatiya komandasına 6-0 hesabı ilə məğlub olması barədə məlumat vermişdik.
Bu bərbad məğlubiyyət əslində heç kimi təəccübləndirmədi desək, yerinə düşər.
Buna baxmayaraq, millimizin 6:0 hesabı ilə uduzması sərt təpkilər alıb. Sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.
Millinin çalışdırıcısı Berti Foqts bu rüsvayçılığa dözə bilməyib ölkəsinə “qaçdı”.
O, oyundan sonrakı mətbuat konfransında belə demişdi:
“Bu oyunda komandalardan biri futbol oynayırdı, digəri qaçmırdı, fiziki cəhətdən hazır deyildi. Biz hələ də 3-4 gündən bir oynamağa hazır deyilik. Bizə çox çətin idi. AFFA ilə əlaqə saxlayacam. Belə bir vəziyyətdə mən öz gələcəyimi Azərbaycan yığmasında görmürəm.
Məğlubiyyətdə öz günahımı görürəmmi? Komandada 20-ci dəqiqədən sonra güc qalmamışdı. Mən bu gün futbolçulardan az səhv etdim”.
Məlumata görə, onun gedişi bu həftə içində reallaşa bilər. Çünki AFFA rəhbərliyi özü də yığmamızın son nəticələrindən çox narazı qalıb.
Bu “bərbad” oyunla bağlı bir neçə mütəxəssisin fikrini öyrənməyə çalışdıq.
“Kor-kor, gör-gör”…
Bu sözləri tanınmış futbol mütəxəssisi Elxan Abdullayev Publika.az-a açıqlamasında dedi. E.Abdullayev danışmağa ehtyac olmadığını bildirdi:
“Milli komandamızın bərbad oyunu ilə bağlı danışmağa ehtiyac yoxdur. Çünki hərşey göz qabağındadır. Millimizin ilə bağlı məlumat almaq üçün statistikaya baxmaq kifayət edir”.
Bu sözlərdən sonra millimizin 41 günə buraxdığı 14 qolu diqqətə çatdırmaq yerinə düşər:
3 sentyabr. Yoldaşlıq görüşü. Rusiya - Azərbaycan -
4:0
9 sentyabr. AVRO-2016. Seçmə oyun. Azərbaycan - Bolqarıstan -
1:2
10 oktyabr. AVRO-2016. Seçmə oyun. İtaliya - Azərbaycan - 2:1
13 oktyabr. AVRO-2016. Seçmə oyun. Xorvatiya - Azərbaycan -
6:0.
“Neftçi”nin baş məşqçisi Arif Əsədov da demək olar ki, Elxan Abdullayevlə eyni fikirdədir:
“Nəticə göz qabağındadır. Yığmamız çox zəif oynadı. Rəqib hər cəhətdən yığmamızı üstələdi. Heç nə alınmadı. Bunun fikiziki hazırlıqla bağlılığı yoxdur.
Çünki İtaliya ilə oyunda komanda heç də fiziki baxımdan geridə deyildi. Millimizin Xorvatiya görüşü İtalya matçından fərqlənirdi”.
AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev mətbuata açıqlamasında bu məğlubiyyətdən sonra milliyə ancaq bir adamın kömək olcağını deyib. O da “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdur.
Qeyd edək ki, “Qarabağ” klubunun üzvü Rəşad Sadıqovun da vurduğu avtoqol da diqqətlərdən yayınmayıb. Millimizin üzvünün öz qapısına 61-ci dəqiqədə vurduğu top Xorvatiyanın aktivinə 6-cı qolu yazdırıb.
“Rəşad Sadıqov ən yaxın zamanda bu avtoqolu unutmaldır. O, növbəti oyunlar üçün fikrini cəmləşdirməlidir”.
Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Qurbanov daha sonra millimizin bu cür oyun nümayiş etdirəcəyini gözləmədiyini dedi:
“Açıq deyim ki, milli komandamızdan bu cür oyun, belə nəticə gözləmirdim. Düzdür, xorvatiyalı futbolçular öz sözünü dedi. Onların səviyyə fərqini gördük. Ancaq bu oyunu tez vaxtda unutmalıyıq”.
Məlumat üçün bildirək ki, Xorvatiyaya dünənki rüsvayçı məğlubiyyət (0:6) AFFA prezidenti Rövnəq Abdullayevin də etirazına səbəb olub. Mətbuatda yayılan məlumatlara görə, R.Abdullayev matçı yarımçıq tərk edib.
Aygün İlqarqızı
-
Magazin202:42Məşhur türk aktrisa çimərlik geyimində poza verdi - FOTO
-
ABŞ02:42Trampın təsviri olan qızıl sikkənin dizaynını təsdiqləndi
-
Hadisə01:41İsmayıllıdan acı xəbər - Ölən və yaralananlar var
-
Səhiyyə01:11Beyin yuxu zamanı necə işləyir? - Unikal proses
-
Qoroskop00:00Günün ulduz falı - Qorxmadan ilk addımı atın
-
ABŞ19 Mart 22:48Tramp bu dili öyrənəcəyinə söz verdi
-
Magazin119 Mart 22:36Şəbnəmdən İDDİALI AÇIQLAMA - “Onlara ən çox pul verən mənəm”
-
Sosial19 Mart 21:12Çak Norris xəstəxanaya yerləşdirildi

















.jpg)



















.jpg)
