Rövnəq Abdullayev milli üzvlərinə milyonlar payladı
Bizi izləyin

İdman

Rövnəq Abdullayev milli üzvlərinə milyonlar payladı

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən İsveçlə görüşdə qazanılan 3:0 hesablı qələbəyə görə milli komandanın üzvlərinə mükafat təyin edilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, oyun bitdikdən sonra futbolçuları təbrik edən AFFA prezidenti Rövnəq Abdullayev qalibiyyətə görə əsas heyətdə yer alan hər bir futbolçuya 50 min dolar mükafat təyin edib.

Sonradan meydana çıxanlar 30, ehtiyatda qalanlar isə 20 min dollar alacaqlar.

Qeyd edək ki, formal görüşdə qazanılan qələbənin heç bir əhəmiyyəti yoxdur. Yığma qələbə sayəsində sadəcə qrupda 4-cü sıranı təmin edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm