İdman
Bu gözəl idmançı sosial şəbəkələrin ulduzu hesab edilir - FOTOLAR
Oliviya Dann adı sizə tanış olmaya bilər. Bununla belə o, artıq sosial şəbəkələrin ulduzu hesab olunur.
22 yaşlı idmançı LSU universitet komandasında yarışır. Lakin Oliviya sosial media vasitəsilə daha çox şöhrət qazanıb. Onun 7,4 milyondan çox izləyicisi var. Artıq "Grubhub", "Vuori", "Bodyarmor" və "American Eagle Outfitters" kimi brendlərin reklam kampaniyalarının simasına çevrilib.
Dann 2002-ci ilin oktyabrın 1-də Nyu Cersidə anadan olub. Onun idmana gəlişində anası böyük rol oynayıb. O, qızının 3 yaşından aktiv həyata qədəm qoymasını istəyib. Buna görə onu gimnastika bölməsinə aparıb. Oliviya bu ölkənin tanınmış mütəxəssisləri Kreyq və Cennifer Zappanın rəhbərliyi altında məşq edib.
2017-ci ildə Çikaqoda yeniyetmələrin ABŞ çempionatında üç medal qazanıb. Bu, gimnastın 15 yaşında ölkənin böyüklərdən ibarət komandasına daxil olmasına kömək edib. Yığmanın tərkibində İtaliyada keçirilən "City of Jesolo Trophy" turnirində iştirak etmək hüququ qazanıb. Bununla beynəlxalq arenada debüt edib.
Boş vaxtlarında sosial şəbəkələrdə paylaşımlar etməyi sevir. Onun videolarına 314 milyon bəyənmə gəlib. Oliviyanın "TikTok" paylaşımları ümumiyyətlə 1 milyondan az baxış əldə etmir. Ən populyarları 20 milyonu keçir.
Heybət
-
Magazin119:36
Xatirə fəxri ad almaq istəyir? - VİDEO
-
MDB18:40
"2024-cü il çətin sınaqlar dövrünə çevrildi"
-
Magazin218:36
Hamilə ulduz uşağını kiminlə böyüdəcəyinə QƏRAR VERDİ - FOTO
-
İdman18:24
Mbappe və "Real"ın sabiq ulduzu arasında düşmənçilik var
-
Müsahibə18:00
Seulun fəxri vətəndaşı olan azərbaycanlı xanım - O, Koreya vətəndaşlığını niyə qəbul etmir?
-
Yolçu17:00
“Harri Potter”in yazıldığı məkandan REPORTAJ - FOTOLAR
-
Nida Xəbər 16:35
Həbs edilən “Plazalar kralı” görün kimin kürəkəni imiş - FOTO
-
Nəqliyyat16:00
Elektrik benzinə qalib gələ bilmir: Minimum 10 il lazımdır ki...