İdman
Mbappenin BAŞI DƏRDDƏ: anası işə qarışdı, güzəşt olmayacaq
"Paris Saint-Germain" (PSJ) və Fransa millisinin futbolçusu Kilian Mbappenin anası Faiza Lamari "Real Madrid" rəhbərliyi ilə münaqişəyə düşüb.
Publika.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Nəşrin məlumatına görə, forvardın agenti kimi fəaliyyət göstərən Lamari futbolçunun özünün buna hazır olmasına baxmayaraq, güzəştə getmək istəmir. Qeyd olunur ki, “Real” transferi yalnız öz şərtləri ilə təşkil etmək istəyir.
Fevralın 3-də “Le Parisien” 25 yaşlı fransızın 2024-cü ilin yayında azad agent kimi “Real Madrid”ə keçəcəyini yazıb. Sonradan məlumat olub ki, müqavilənin razılaşdırılmasında çətinliklər üzündən sövdələşmə pozula bilər.
Bu mövsüm Mbappe Fransa çempionatının 19 matçında iştirak edib, o, 20 qol (beşi penaltidən) vurub və dörd məhsuldar ötürmə edib. PSJ 50 xalla turnir cədvəlində birinci yerdədir.
-
Nida Xəbər 10:34Əli Əsədov qərar imzaladı
-
Region09:48Pezeşkiandan bu ölkənin hərəkətinə reaksiya: Deməli, Qərbdə hələ də...
-
Dünya08:49ABŞ kəşfiyyatı Xameneinin oğlunu izləyir
-
Yaxın Şərq07:35İran İsraili hədələdi: atom reaktorunu partladarıq...
-
Avto07:15Dubaydan gətirilən avtomobillər bu qədər bahalaşdı
-
Qoroskop01:40Günün ulduz falı: detallara fokuslanmaq vaxtıdır
-
ABŞ00:55ABŞ İranla müharibəyə hər gün sərvət xərcləyir - İnanılmaz rəqəm
-
Dünya00:15Fidan Rubio ilə İranın atdığı raketi müzakirə etdi















.jpg)
















.jpg)




