İdman
"Braqa" bu heyətlə Bakıya gəlir - ADLAR
Portuqaliyanın “Braqa” komandasının UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəyi cavab oyunu üçün heyəti məlum olub.
Publika.az xəbər verir ki, Braqa şəhərinin eyniadlı təmsilçisi Bakıya 23 futbolçu ilə səfər edəcək. İlk oyunda zədə səbəbindən meydanda olmayan Brumanın adı siyahıya salınıb.
Komandanın kapitanı Rikardu Ortanın isə ikinci görüşdə də iştirak etməyəcəyi dəqiqləşib.
Qapıçılar: Mateus, Tyaqu Sa, Lukas Horniçek
Müdafiəçilər: Sərdar Saatçı, Siku Niakate, Joze Fonte, Paulu Oliveyra, Joe Mendes, Fransişku Çissumba, Vitor Qomeş, Kristian Borxa
Yarımmüdafiəçilər: Şer Ndur, Rodriqo Salasar, Vitor Karvalyu, Pittsi, Joau Moutinyu, Cibril Sumare
Hücumçular: Bruma, Abel Ruis, Alvaro Calo, Markuş Lopeş, Rojer Fernandeş, Simon Banza.
Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Braqa” oyunu saat 21:45-də başlayacaq. İlk matçda Ağdam təmsilçisi 4:2 hesablı qələbə qazanıb.
-
Digər13:48Çimərlikdə dəhşət: 10 nəfər öldü, xeyli sayda yaralı var - VİDEO
-
Magazin213:19Hollivud ulduzundan maraqlı qərar: Hipnoterapevt sevgilisi ilə...
-
Magazin212:59Podolskaya ideal fiqurasını paylaşdı - FOTO
-
MDB12:38ABŞ-da rus dondurmasını sevirlər?: İdxal üç ilin ən yüksək səviyyəsinə çatdı
-
Magazin212:07Müğənni Dubaydan elə foto paylaşdı ki...
-
Hadisə11:37Ramil Səfərovun xanımına vəzifə verildi
-
Maraq dünyası10:56İkona döyüşdə əsgərin həyatını necə xilas etdi?
-
Ekologiya09:32Bakıda sulu qar yağır




































