Region
Ərdoğandan Kiyev və Moskvaya XƏBƏRDARLIQ - “Bura hesablaşma arenası deyil”
"Qara dəniz hesablaşma arenası kimi qiymətləndirilməməlidir. Bu həm Rusiya, həm də Ukrayna üçün faydalı olmayacaq".
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabaddan qayıdarkən təyyarədə jurnalistlərə bildirib.
Türkiyə Prezidenti xatırladıb ki, forum çərçivəsində Aşqabadda Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirilib.
“Putinlə söhbətimizdə ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə başlanmış dialoqu müsbət qiymətləndirdiyimizi vurğuladıq və ölkəmizin sülh səylərinə verə biləcəyi töhfəni dəyərləndirdik”, – deyə Ərdoğan bildirib.
Onun sözlərinə görə, görüşün əsas mövzusu konflikt və sülh təşəbbüsləri olub.
“Bütün iştirakçılar kimi cənab Putin də Türkiyənin bu məsələdəki mövqeyindən tam xəbərdardır”, – deyə Ərdoğan əlavə edib.
Eyni zamanda o ümid etdiyini bildirib ki, Putinə görüşdən sonra ABŞ Prezidenti Trampla da sülh planını müzakirə etmək imkanı yaranacaq.
“Görünür, sülh uzaqda deyil – bunu görürük”, – deyə Ərdoğan əminliyini ifadə edib.
Türkiyə lideri Qara dənizdəki vəziyyətə də diqqət çəkib:
“Qara dəniz hesablaşma arenası kimi qiymətləndirilməməlidir. Bu həm Rusiya, həm də Ukrayna üçün faydalı olmayacaq. Hər kəs Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinə ehtiyac duyur”, – deyə o bildirib.
Hüseyn İbadlı
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar



































