MDB
ABŞ-da rus dondurmasını sevirlər?: İdxal üç ilin ən yüksək səviyyəsinə çatdı
ABŞ-da Rusiya istehsalı olan dondurmalara maraq xeyli artıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Saytlar ABŞ Milli Statistika Xidmətinin məlumatlarına istinad ediblər. Belə ki, sentyabr ayında ABŞ Rusiyadan dondurma idxalını üç il sonra ən yüksək səviyyəyə çatdırıb.
Sentyabr ayında Rusiya şirkətləri ABŞ-a 167.000 dollar dəyərində məhsul göndəriblər. Bu rəqəm əvvəlki ayın ixrac səviyyəsini 1,8 dəfə, 2024-cü ilin sentyabr ayının göstəricisini isə üç dəfə üstələyib. Sanksiyalar altında olan bu ölkənin ABŞ-a hazırki göstəriciyə bərabər, hətta bundan da çox ixracı sonuncu dəfə 2022-ci ilin aprelində olub.
Xatırladaq ki, üç il əvvəl ABŞ Rusiyadan milyonlarla dollar dəyərində dondurma almışdı. Ruslar 2022-ci ilin sonuna qədər ABŞ-a dondurma göndərməklə 8,4 milyon dollar qazanmışdılar.
Ümumilikdə isə analitiklərin fikrincə, ABŞ bu cür məhsulların idxalını 2025-ci ilin əvvəlindən bəri artırıb. Beləliklə, bu ilin yanvar-sentyabr ayları arasında ABŞ 605.400 dollar dəyərində Rusiya dondurması alıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur.
Tural
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman25 İyul 19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO
-
Avropa25 İyul 19:39İspaniyadan presedentsiz addım - 70 min insan təxliyə edildi




















.jpg)













