İdman
İdmançımız ABŞ-da tanınmış döyüşcünü MƏĞLUB ETDİ
Azərbaycanın MMA döyüşçüsü Mirəli Hüseynov ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində keçirilən "Lights Out Xtreme Fighting" yarışında kəmər qazanıb.
Publika.az xəbər verir ki, 29 yaşlı idmançı yarışda 75 kiloda rəqibi tanınmış MMA döyüşçüsü, yerli idmançı Tommy Aarona qalib gəlib. O, qələbəsini arenada Azərbaycanın üç rəngli bayrağına bürünərək qeyd edib.
Həmyerlimiz “Report”a açıqlamasında deyib ki, qələbəsini Azərbaycanın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizə həsr edib: "Uşaqlıqda güləşlə məşğul olmuşam. Azərbaycanda bir çox çempionluqlarım var. MMA-da dəfələrlə Azərbaycan çempionu olmuşam və beynəlxalq yarışlarda ölkəmizi laqincə təmsil etmişəm.
İki ildir, Kaliforniyada "America Kickboxing Academy (AKA)"-da yarışlara hazırlaşıram. Daha əvvəl də bir necə qələbə qazandım və bundan sonra da uğurların ardı gələcək. Ölkəmdən uzaqda olsam da bütün uğurlarımı Azərbaycana həsr edirəm. Bu qələbəmi Azərbaycanın bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizə həsr edirəm".
M.Hüseynov vurğulayıb ki, hədəfi yaxın gələcəkdə UFC-də ("Ultimate Fighting Championship" (UFC)) iştirak etməkdir.
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!






.webp)

.jpg)








.jpg)



.jpg)

















