İdman
İllər sonra sirri açdı: Zidan onu bu sözə görə vurubmuş
İtaliya millisinin sabiq müdafiəçisi Marko Materatsi 2006-cı ildə İtaliya və Fransa milliləri arasında keçirilən dünya çempionatının finalında baş verən insidentdən danışıb.
Publika.az xəbər verir ki, Materatsi Zidanla münaqişə anının tez-tez onunla əlaqələndirilməsindən təəssüfləndiyini bildirib.
Epizodların birində Materatsi rəqibin lideri Zinəddin Zidanı təxribata çəkib və o, italiyalının sinəsinə başı ilə zərbə endirib. Hakim Zidanı meydandan qovdu, italyanlar isə fransızları penaltilər seriyasında məğlub edərək dünya çempionu oldular. Oyunçu Zidan üçün bu, karyerasında son matç idi.
“Bunu bəyənmirəm, çünki karyeramı xarakterizə etmir, ona uyğun gəlmir. Bu heç vaxt olmamalı idi. Finalın gərginliyində, dava-dalaşın, təhqirlərin içində Zidan mənə köynəyini təklif etdi, mənsə “yox” dedim və əlavə etdim ki, onun bacısına üstünlük verərdim.
Sonra Zidan arxaya dönüb hamının xatırladığı şəkildə reaksiya verdi. O vaxtdan Zinəddini bir daha görməmişəm”, – “The Times” Materatsidən sitat gətirib.
-
Qoroskop01:40Günün ulduz falı: gözlənilməz bir mesaj və ya görüş gözlənilir
-
Hadisə00:15Bakı metrosunda nasazlıq - Sərnişinlər düşürüldü
-
İdman5 Dekabr 23:35"DÇ-2026"nın final mərhələsinin püşkü atıldı - Qruplar
-
İKT5 Dekabr 21:39İlon Maska zərbə: "X" 120 milyon avro cərimələndi
-
Dünya5 Dekabr 20:00Dünya tikan üstündədir: "Yadplanetli gəmi" hökumətləri hərəkətə keçirdi
-
MDB5 Dekabr 19:50Peskovun qızı iddialı libasda - FOTOLARI gündəm oldu
-
Səhiyyə5 Dekabr 19:00Bu həkimlər işləyə bilmək üçün rüşvət verib - Siyahı və məbləğ
-
Hadisə5 Dekabr 18:40Salyanda məktəbdə tüstüdən zəhərlənənlərin son durumu açıqlandı
















.jpg)





.jpg)











