İdman
"İmarət" Qaranı təhqir etmələrinə haqq qazandırdı: Heç kəs bizi barmaqla hədələyə bilməz
“İmarət” azarkeş qrupu bəyanat yayıb.
Publika.az xəbər verir ki, “Qarabağ” fanatları “Neftçi” ilə matçın (0:4) gedişində meydan sahiblərinin futbolçusu, Ağdam təsmilçsinin sabiq üzvü Qara Qarayevin ünvanına səslənən qeyri-etik şüarlara görə tənqid olunmalarına münasibət bildiriblər. “İmarət” futbolçunun təhqir edilməsinə haqq qazandırıb:
“Qarayev, Qarayev, Qara Qarayev, “Qarabağ”ın igidi Qara Qarayev” – vaxtı var idi bu şüarı səsləndirən də “İmarət” idi. Futbolçuya karyerası boyu ən böyük dəstəyi də elə azarkeşlər verir. Qara bizim sevimli futbolçumuz olub və geydiyi formanın haqqını verib. Nə Qara, nə də başqa futbolçu ilə azarkeşin şəxsi ədavəti, prinsipi ola bilməz. O cümlədən təhqirə məruz qala bilməz. Qara Qarayev əfsanəsi ola biləcəyi klubdan çıxıb həmin klubun əzəli rəqibi olan “Nefçi”ni seçəndə, həmin klubun azarkeşlərinin də onu meydanda görəndə xoş qarşılamayacağına hazır olmalı idi.
Heç bir futbolçu və ya futbol adamı “İmarət” tribunasına yaxınlaşıb barmaqla heç kəsi hədələyə bilməz. Hədələyəcəksə, alacağı budur. Bəli, kaş ki, olmazdı. Ancaq olubsa, bu tribunada da olub, bitib. Qaraya dəstək olanlara da “Neftçi Arena”ya getmələrini məsləhət görürük. Futbolçuya stadionda dəstək olmaq lazımdı, sosial şəbəkədə yox”.

-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ


































