Mbappe bu şəhərdə 18 milyon avroya MALİKANƏ ALDI
Bizi izləyin

İdman

Mbappe bu şəhərdə 18 milyon avroya MALİKANƏ ALDI

Fransa çempionu PSJ-nin və Fransa millisinin 25 yaşlı hücumçusu Kilian Mbappe İspaniyanın paytaxtı Madridin La Moralexa rayonunda dəyəri 18 milyon avro olan malikanə alıb.

Publika.az "La Razon"a istinadla xəbər verir ki, yaxınlıqda “Real Madrid”in keçmiş futbolçusu Serxio Ramos və amerikalı aktyor Riçard Gerenin şəxsi evləri yerləşir.

Mbappe mövsüm bitdikdən sonra PSJ-dən ayrılacağını açıqlayıb. Onun müqaviləsi iyunun 30-na kimi nəzərdə tutulub.

Mbappenin Real Madridlə müqaviləsinin rəsmi olaraq yalnız iyulun 1-də açıqlanacağı gözlənilir ki, bu da 2029-cu ilə qədər olacaq.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm