İdman
Azərbaycan çempionatında sonuncu tur: Hansı komanda avrokuboklardan kənar qalacaq?
Bu gün Azərbaycan Premyer Liqasında sonuncu - 36-cı tur start götürəcək.
Publika.az xəbər verir ki, ilk gündə 3 matç keçiriləcək. Bununla da avrokuboklara vəsiqə qazanacaq komandaların adına aydınlıq gələcək.
Eyni vaxtda başlayacaq qarşılaşmalarda "Zirə" "Səbail"lə, "Sumqayıt" "Qəbələ" ilə, "Neftçi isə "Sabah"la qarşılaşacaq. Matçların nəticələrindən asılı olaraq "Sabah", "Neftçi" və "Sumqayıt" komandalarından biri avrokuboklardan kənarda qala bilər.
"Zirə"nin ölkə kubokunda final oyunu olduğuna görə komandanın avrokuboklara vəsiqə qazanıb-qazanmyacağı iyunun 2-də "Qarabağ"la keçiriləcək görüşdən sonra bəlli olacaq. Ancaq Rəşad Sadıqoun komandası bu gün qalib gələrsə, avrokuboklara vəsiqəni artıq təmin edəcək.
Hazırda turnir cədvəlində "Neftçi" 56 xalla 2-ci, "Zirə" 55 xalla 3-cü, eyni xalı olan "Sabah" 4-cü, "Sumqayıt" isə 54 xalla 5-cidir.
Azərbaycan Premyer Liqası, 36-cı tur
25 may (şənbə)
19:00 Zirə – Səbail
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Zirə İdman Kompleksinin stadionu.
19:00 Neftçi – Sabah
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Azər Əsgərov
“Neftçi Arena”.
19:00 Sumqayıt – Qəbələ
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Seymur Səlimli
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu
26 may (bazar)
17:00 Turan Tovuz – Kəpəz
Hakimlər: Rəşad Əhmədov, Kərim Zeynalov, Sənan Atayev, Nicat İsmayıllı
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
Tovuz şəhər stadionu
19:30 Araz-Naxçıvan – Qarabağ
Hakimlər: Əkbər Əhmədov, Rəhman İmami, Asif Abdullayev, Rauf Allahverdiyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Azersun Arena”.
Heybət
-
Nida Xəbər 05:15Hərbi xidmətə yararsız olan şəxslərin NƏZƏRİNƏ
-
ABŞ01:41Tramp övladlarına görün nələri QADAĞAN EDİB - “Mən özüm də...”
-
Magazin201:11Sərbəst buraxılan Danla Bilic onlara təşəkkür etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Sevgi həyatında sürpriz yaşana bilər
-
Magazin100:15Zaur Röyaya bahalı üzük bağışladı - VİDEO
-
Magazin118 Dekabr 23:48Aygün Kazımova ilə Samir Bağırov illər sonra bir arada - VİDEO
-
Magazin118 Dekabr 23:00Rəqsanə həyat yoldaşının VİDEOSUNU PAYLAŞDI
-
Sosial18 Dekabr 22:12Sabah bəzi ərazilərdə QAZ OLMAYACAQ




























