Avropa
Durov Böyük Britaniyanın gələcəyindən danışdı - 2027-ci ildə...
2027-ci ilə qədər Böyük Britaniyada "V for Vendetta" adlı distopik trillerdəki hadisələr təkrarlana bilər. Bu filmdə ölkənin totalitar rejimin nəzarəti altında olduğu təsvir edilir.
Publika.az xəbər verir ki, bu barədə "Telegram" messencerinin həmtəsisçisi Pavel Durov "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Onun sözlərinə görə, film 20 il əvvəl ekranlara çıxanda belə bir ssenari inanılmaz görünürdü.
Durov əlavə edib ki, bu gün başdan-başa şifrələmə texnologiyaları üzərində çalışan bütün tərtibatçıların “düşmən subyektlər” elan edildiyi şəraitdə bu ssenari artıq uydurmadan çox, hökumətin fəaliyyət planına bənzəyir.
Sahibkar qeyd edib ki, "V for Vendetta" filmində hadisələr 2027-ci ildə cərəyan edir və onun fikrincə, Böyük Britaniya hakimiyyəti məhz bu tarixlərə sadiq qalmaqda qərarlıdır.
Oktyabr ayında Avropa İttifaqının (Aİ) bəzi ölkələrində "Telegram" istifadəçiləri üçün “Azad internetin sonu” adlı bildiriş peyda olub. “İnternet nəzarət alətinə çevrilir” yazısı olan bu bildirişə kliklədikdə istifadəçi "Telegram"ın qurucusu Pavel Durovun senzura barədə danışdığı paylaşımın yerləşdiyi kanala yönləndirilirdi.
Hüseyn İbadlı
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Ekologiya11:20Azərbaycanın bu ərazilərinə qar yağdı - Faktiki hava
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO












.png)
.jpg)

.png)






















