İdman
Kubokun finalında qanlı döyüş: Azarkeşlər aləmi bir-birinə qatdı - FOTOLAR/VİDEO
Çexiya Kubokunun finalında heç də xoş olmayan hadisələr yaşanıb. “Viktoriya” və “Sparta Praqa” komandaları arasında baş tutan möhtəşəm oyuna azarkeşlər dava-dalaşla kölgə salıb.
Publika.az xəbər verir ki, azarkeşlər matçda baş verənlərə qəzəbləniblər. Həm hakimlərin qərarları, həm də oyunun sonu gərginliyi artırıb.
Əvvəlcə başlayaq matçdan. 14-cü dəqiqədə “Sparta”nın futbolçusu Ladislav Krejçi qol vursa da, hakim hücum zamanı qayda pozuntusu qeydə alıb. Bu, azarkeşlərin xoşuna gəlməyib. Onlar meydana plastik qablar atıblar.
İkinci hissədə “Viktoriya” azarkeşlərinin atdığı pirotexniki vasitələrə görə matç dayandırılıb. Bir müddət sonra görüş davam etdirilib. Bundan sonra görüşdə çılğın sonluq yaşanıb.
79-cu dəqiqədə top müdafiəçi Sampson Dvenin başına dəyərək "Viktoriya"nın qapısından keçib və avtoqol kimi qeydə alınıb. Bu qol "Sparta"nı hesabda önə keçirib.
85-ci dəqiqə: Plzen klubu azlıqda qalıb. Pavel Şultz kobud oyuna görə ikinci sarı vərəqəni alıb.
87-ci dəqiqə: "Viktoriya" hesabı bərabərləşdirir. Tomas Hori başla topu rəqib qapısından keçirir.
90+1-ci dəqiqə: Plzenlilərin sevinci uzun çəkmir. Velyko Birmanceviç təxminən on metrdən dəqiq zərbə ilə "Sparta"ya qələbə qazandırır.
Möhtəşəm finaloyunu belə bitsə də, meydandakı hadisələr bundan sonra başlayıb. Çünki bundan sonra azarkeşlər qazon üzərində mübarizəyə qoşulublar. Çünki çox sayda fanat meydana axışıb və əlbəyaxa dava başlayıb.
Çexiya polisi matçı yüksək riskli hadisə kimi təsnif etsə də, sona qədər toqquşmaya müdaxilə etməməyə çalışdı. Hər iki komandanın azarkeşləri meydançada başlıq və maskalarla dalaşıblar. Meydanda tam xaos hökm sürüb. Vəziyyəti nəzarətə götürmək üçün polisə xeyli vaxt lazım olub.



Nəhayət, azarkeşlər meydandan təmizlənib və “Sparta”ya kubok təqdim olunub. Komanda qızıl dubl edib. Praqa klubu 2006/07 mövsümündən bəri bunu bacarmırdı.

Amma polis üçün hələ heç nə bitməyib: "Sparta" və "Viktoriya" indi də Praqada - liqanın son turunda oynayacaqlar. Komandalar üçün turnir cəldvəli baxımından görüşün elə də əhəmiyyəti yoxdur, lakin azarkeşlər üçün bu, şübhəsiz ki, vacib görüş olacaq.
Heybət
-
Nida Xəbər 05:15Hərbi xidmətə yararsız olan şəxslərin NƏZƏRİNƏ
-
ABŞ01:41Tramp övladlarına görün nələri QADAĞAN EDİB - “Mən özüm də...”
-
Magazin201:11Sərbəst buraxılan Danla Bilic onlara təşəkkür etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Sevgi həyatında sürpriz yaşana bilər
-
Magazin100:15Zaur Röyaya bahalı üzük bağışladı - VİDEO
-
Magazin118 Dekabr 23:48Aygün Kazımova ilə Samir Bağırov illər sonra bir arada - VİDEO
-
Magazin118 Dekabr 23:00Rəqsanə həyat yoldaşının VİDEOSUNU PAYLAŞDI
-
Sosial18 Dekabr 22:12Sabah bəzi ərazilərdə QAZ OLMAYACAQ




























