UEFA Avro-2024-ün iştirakçısını müflis etdi: 3-cü dəfə cərimələdi
Bizi izləyin

İdman

UEFA Avro-2024-ün iştirakçısını müflis etdi: 3-cü dəfə cərimələdi

UEFA Avro-2024-ün qrup mərhələsinin İspaniya ilə oyununda (0:1) azarkeşlərin davranışına görə Albaniya Futbol Federasiyasını cərimələyib.

Publika.az xəbər verir ki, bu barədə milli qurumun rəsmi saytında məlumat verilib.

UEFA Albaniya federasiyasını pirotexniki vasitələrdən istifadə etdiyinə görə 8,5 min avro, ədəbsiz şüarlar səsləndirdiyinə görə 25 min, meydançaya yad əşyalar atdığına görə 45 min avro, ümumilikdə isə 86,5 min avro cərimələyib.

Qeyd edək ki, bu cərimə Albaniya millisi üçün AVRO-2024-də üçüncü cəza olub. Bundan əvvəl UEFA qrup mərhələsinin birinci turunun İtaliya ilə oyununda azarkeşlərin davranışına görə FSHF-ni 37 375 avro, Xorvatiya ilə ikinci tur oyunundan sonra isə 47 500 avro cərimələyib.

Albaniya Futbol Federasiyası Avro-2024 zamanı azarkeşlərinə görə ümumilikdə 171375 avro ziyana düşüb. Milli komanda isə B qrupunu 1 xalla sonuncu sırada başa vurub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm