Milli üzvü barda dava saldı: Şortik geyindiyi üçün...
Bizi izləyin

İdman

Milli üzvü barda dava saldı: Şortik geyindiyi üçün...

Serbiya millisinin qapıçısı Vanya Milinkoviç-Saviç AVRO-2024 oyunları zamanı xoşagəlməz hadisə ilə üzləşib.

Publika.az xəbər verir ki, qrup mərhələsinin Danimarka ilə həlledici oyunu öncəsi baş məşqçi Draqan Stoykoviç futbolçularına bir günlük istirahət verib. Qapıçı Milinkoviç-Saviç istirahət günündə əylənmək qərarına gəlib və Münhendəki barlardan birinə yollanıb. Orada yerli təhlükəsizlik işçiləri ilə dava edib. Bar sahibi bu barədə ətraflı danışıb.

“Vanya barımıza gəldi, lakin girişdəki mühafizəçilər onu tanımadılar və əynində şortik olduğu üçün içəri buraxmaq istəmədilər. Bu onu qəzəbləndirdi və dava başladı.

Tezliklə müdaxilə etdim, əlindən tutdum və dedim ki, mənimlə gəlsin, amma istəmədi. Hər şey restoranın bağçasında baş verib. Ona nə atdıqlarını və bir-birlərinə nə dediklərini eşitmədim. Nəhayət problemi həll etdiyimiz üçün şadam”.

Qeyd edək ki, Serbiya millisi Avro-2024-də iştirakını qrup mərhələsində başa vurub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm