Uruqvaydan darmadağın
Bizi izləyin

İdman

Uruqvaydan darmadağın

ABŞ-da keçirilən Amerika kuboku turniri davam edir.

Publika.az xəbər verir ki, ötən gecə C qrupunda 2-ci turun görüşləri keçirilib. İlk oyun Panama ilə ABŞ arasında baş tutub. Görüş panamalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Sezar Blekman və Xose Faardo hərəyə bir dəfə fərqləniblər. Ev sahiblərinin qolunu isə Folarin Baloqun vurub.

Qrupun digər oyununda Uruqvay Boliviyanı darmadağın edib. Görüş "mavilər"in 5:0 hesablı qələbəsi ilə başa çatıb. Uruqvaylıların heyətində Maksimiliano Arauxo, Darvin Nunyes, Fakundo Pellistri, Federiko Valverde və Rodriqo Bentankur hərəyə bir qol vurub.

Bu nəticələrdən sonra Uruqvay 6 xalla liderdir. 3 xalı olan ABŞ ikinci, eyni xalı olan Panama üçüncüdür. Qrup autsayderi Boliviyanın xalı yoxdur.

Bu gün 2-ci tura yekun vurulacaq. D qrupunda Kolumbiya - Kosta Rika, Paraqvay - Braziliya görüşləri keçiriləcək.

Kopa Amerika-2024, 2-ci tur
28 iyun
C qrupu
Panama - ABŞ 2:1
Qollar:
Sezar Blekman, 26. Xose Fajardo, 83. - Folarin Baloqun, 22.

Uruqvay - Boliviya 5:0
Qolar:
Fakundo Pellistri, 8. Darvin Nunyes, 21. Maksimiliano Arauxo, 77. Federiko Valverde, 81. Rodriqo Bentankur, 89.

29 iyun
D qrupu

02:00 Kolumbiya - Kosta Rika
05:00 Paraqvay - Braziliya

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm