Əfsanənin arzusu reallaşır: Oğlu ilə...
Bizi izləyin

İdman

Əfsanənin arzusu reallaşır: Oğlu ilə...

Lebron və Bronni Ceyms MBA-da birlikdə oynayan ilk ata-oğul dueti ola bilər.

Publika.az xəbər verir ki, buna səbəb "Los-Anceles Leykers"in 19 yaşlı basketbolçunu "MBA draftı"nın ikinci turunda seçməsidir.

Bunun tam reallaşması üçün Lebron da "Los-Anceles" klubu ilə bitən müqavilənin müddətinin uzatlmalıdır. "Leykers"in bu addımından sonra 39 yaşlı əfsanənin komandada qalacağı güman edilir. Çünki onun karyerasındakı ən böyük arzusu övladı ilə birlikdə oynamaqdır.

Qeyd edək ki, ötən ilin dekabr ayında kiçik Ceyms Cənubi Kaliforniya Universitet komandası üçün Milli Kollec Atletika Assosiasiyasında (NCAA) debüt edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm