Ərdoğan Merihin cəzasından danışdı: Fransızlara niyə xoruzlanırsan deyən varmı?
Bizi izləyin

İdman

Ərdoğan Merihin cəzasından danışdı: Fransızlara niyə xoruzlanırsan deyən varmı?

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan UEFA-nın ölkə millisinin üzvünü cəzalandırmasına münasibət bildirib.

Publika.az xəbər verir ki, Ərdoğan qitənin ali futbol qurumunun qərarını tənqid edib:

"Kimsə almanların formasında qartal var deyirmi? Fransızların formasında xoruz var, niyə xoruzlanırsan deyirmi? Merih bu hərəkəti ilə hisslərini nümayiş etdirdi. Xarici İşlər Nazirliyimiz məsələni diqqətdə saxlayır.

İnşallah bütün diqqətimiz şənbə gününə yönəlib. Meydandan qələbə ilə ayrılıb növbəti mərhələyə keçəcəyik. Qeyri-adi bir şey baş verməsə, matça getməyə qərar vermişik".

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm