İdman
Ulduz futbolçu hönkür- hönkür ağladı- VİDEO
İtaliya A Seriyasında baş tutan “Napoli” – “Milan” matçında qəribə olay yaşanıb.
Belə ki, “Milan”ın oyunçusu Balotelli ehtiyat skamyada oturarkən göz yaşlarına hakim ola bilməyib, ağlamağa başlayıb. Publika.Az xəbər verir ki, bu görüntü kameraların da obyektivindən yan keçməyib.
İtaliya mətbuatının iddiasına görə, ulduz oyunçunun ağlamasına səbəb azarkeşlərin irqçi şüarlar səsləndirməsi olub. Lakin “Milan”ın baş məşqçisi bu hadisəyə başqa don geyindirib.
Belə ki, baş məşqçi futbolçunun da hər bir insan kimi duyğulana biləcəyini vurğulayıb və bunun irqçi şüarlarla bağlı olmadığını bildirib:
“Bunlar futbola xas olan əlamətlərdir. Ağlamaq gözəl duyğudur və mən də vaxtında bunu yaşamışam”.
Bu olaya Kolin Kazım və Felipo Melo da biganə qala bilməyib futbolçuya dəstək olublar:
“Qalatasaray”lı Melo italyan oyunçuya edilən hərəkətə “tvitter” vasitəsi ilə belə etiraz edib:
“İtaliya stadionlarında Mario fitə basıldı. Bu çox utancvericidir. Onu ağlayarkən görmək kədərlidir. Mario sən çempionsan”.
“Bursaspor”lu Kolin Kazım da sosial şəbəkə vasitəsi ilə həmin görüntüdən sonra Balotelliyə daha çox hörmət etdiyini bildirib.
“ESPN” və “Daily Mail”in verdiyi məlumata görə, ulduz futbolçunun göz yaşlarına səbəb övladıdır. Ötən həftə bəlli olan DNT testinin nəticələrindən sonra Balotellinin çox duyğusal olduğu bildirilir. Balotellinin qızı üçün darıxıb göz yaşı tökdüyü də irəli sürülən iddialar içərisindədir.
Mario Balotelli isə məsələ ilə bağlı hələ heç bir açıqlama verməyib.
Aygün İlqarqızı
-
Sosial16:55
Prezidentə Qazaxın kəndləri barədə məruzə edən Sultanov kimdir? - DOSYE
-
Cənubi Qafqaz16:23
Rusiya Ermənistandakı səfirini GERİ ÇAĞIRDI
-
Sosial16:06
Zakir Həsənov onu rəis təyin etdi
-
Sosial15:35
Qazaxın dörd kəndində Azərbaycan bayrağı ucaldıldı - VİDEO
-
Sosial14:56
Rusiya məhdudiyyət qoydu: Azərbaycanda şəkər bahalaşacaq?
-
Kriminal14:41
Əri evdə olmayan qadın yad kişilər gətirdi, içki məclisi qurdu, sonda isə... - Şok təfərrüat
-
ABŞ14:16
Trampdan Putinlə bağlı yeni mesaj: İstəsəniz də, istəməsəniz də...
-
Rəsmi xronika13:39
Milli Məclis Prezident və xanımını təbrik etdi