Avropanın ən yaxşı 10 stadionu
Bizi izləyin

İdman

Avropanın ən yaxşı 10 stadionu

“Give Me Sport” jurnalı Avropanın 50 stadionu ilə bağlı araşdırma aparıb və bir sıra meyarlar əsasında ilk 10 ən yaxşı arenanı müəyyənləşdirib.

Publika.az xəbər verir ki, qiymətləndirmə meyarlarına daxildir:

stadionun tutumu (nə qədər böyük olsa, bir o qədər yaxşıdır);

orta bilet qiyməti (nə qədər aşağı olsa, bir o qədər yaxşıdır);

bir litr pivənin qiyməti (nə qədər aşağı olsa, bir o qədər yaxşıdır);

ictimai nəqliyyatla giriş asanlığı;

əlilliyi olan insanlar üçün əlçatanlıq (tualetlər, liftlər, panduslar, əlil arabaları üçün yerlər və s.);

onlayn rəylər (Google reytinqləri daxil olmaqla).

Nəticədə, Avropanın ən yaxşı 10 stadionu aşağıdakı kimi formalaşıb:

“Signal Iduna Park” (Dortmund, Almaniya).

“Santyaqo Bernabeu” (Madrid, İspaniya).

“Kamp Nou” (Barselona, ​​İspaniya).

“Old Trafford” (Mançester, İngiltərə).

“San Siro” (Milan, İtaliya).

Emirates (London, İngiltərə).

“Tottenhem Hotspur” (London, İngiltərə).

“Uembli” (London, İngiltərə).

“Stade de Frans” (Sent Deni, Fransa).

“Croke Park” (Dublin, İrlandiya).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm