Cüdoçularımız dünya çempionatında iştirak edəcəklər
Bizi izləyin

İdman

Cüdoçularımız dünya çempionatında iştirak edəcəklər

Azərbaycan cüdoçuları Perunun paytaxtı Limada keçiriləcək yeniyetmələr arasında dünya çempionatında iştirak edəcək

Cüdo Federasiyasından Publika.az-a verilən məlumata görə, ölkəmiz 5 çəki dərəcəsində 7 nəfərdən ibarət heyətlə təmsil olunacaq.

Yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərovun rəhbərliyi altında yarışda Bahadır Feyzullayev, Məhəmmədəli Hüsiyev (50 kq), Nihad Məmişov (55 kq), Cəsur İbadlı (73 kq), Əli Qazıməmmədov, Mehdi Abbasov (81 kq) və Sübhan Axundov (90 kq) mübarizə aparacaq.

Qeyd edək ki, 49 ölkədən 405 idmançının qatılacağı turnir avqustun 28-dən 31-nə qədər keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm