İdman
Rəşad Sadıqov: "Cavab matçına hazırlaşmaq çətin idi"
Matça hazırlaşmaq çətin idi. Birinci qarşılaşmada 0:6 hesabı ilə uduzmuşduq. Amma bugünkü görüşə maksimum köklənmişdik.
Publika.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Kiprin "Omoniya" komandasına qalib gəldikləri (1:0) UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis sonadək mübarizə aparmaq istədiklərini söyləyib:
"İlk 15-20 dəqiqədə təzyiq yaratdıq. Düşünürdük ki, ilk dəqiqələrdə qol və ya qollar ümid yaradar. Təbii ki, 6:0-dan sonra dönüş görməmişəm. Amma çalışırdıq. Fasilədə də danışdıq ki, yalnız qələbə qazanaq. Pley-off-da qalibiyyət başqadır. Futbolçular çox yüklənmişdilər. "Omoniya" çempionata bir az gec başlayıb. İlk oyunda hiss olunurdu ki, rəqib bizdən daha gümrahdır. Futbolçularımı təbrik edirəm. Builki avrokuboklardan çox razı qaldım. Artıq bütün fikrimizi çempionata yönəldəcəyik".
Qeyd edək ki, səfərdə rəqəbinə 0:6 hesabı ilə uduzan "Zirə" turnirlə vidalaşmalı olub.
-
Dünya20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika19:05Prezident Melonini belə qarşıladı - Video
-
Sosial18:40Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı
-
Sosial16:32Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
-
Sosial16:09Qaraheybətdə bədbəxt hadisə - Kursant öldü
-
Cənubi Qafqaz15:06Paşinyan elan etdi: Bu tarixdə Bakıya səfər etmək istəyir
-
İdman12:22Şakiranın konsertində Pikeni təhqir etdilər












.jpg)
















.png)


.jpg)




