Sosial
Sərnişinlərin kartlarından pullar buna görə çıxarılır: Ekspert açıqladı - FOTO
Son günlər sosial şəbəkələrdə "Bakı Metropoliteni" QSC-də bank kartlarından müəmmalı pul çıxarılması ilə bağlı paylaşımlar geniş müzakirələrə səbəb olub. İstifadəçilər iddia edirlər ki, 2-3 gün ərzində metrodan istifadə etmədikləri halda belə, kartlarından müxtəlif saatlarda, hətta ardıcıl şəkildə vəsait silinir. Paylaşılan görüntülərdə eyni vaxt intervalında bir neçə dəfə çıxarış edildiyi də diqqət çəkir.
Eyni vaxtda kartından dəfələrlə pul tutulan Günay adlı oxucumuz da redaksiyamıza müraciət edib. O bildirib ki, məsələ ilə bağlı "Rabitəbank"la əlaqə saxlayıb. Lakin bank problemin onlarda deyil, "BakuBus" və "Bakı Metropoliteni" ilə bağlı olduğunu bildirərək həmin qurumlara müraciət etməyi tövsiyə edib.

"Bakı Metropoliteni" isə açıqlamasında bunu texniki nasazlıq nəticəsində gecikmiş ödənişlərin sonradan tutulması ilə izah etsə də, məsələ yeni suallar doğurur.
İstifadəçinin xəbəri olmadan vəsaitin silinməsi hüquqi baxımdan nə dərəcədə qanunidir? Belə hallarda kim məsuliyyət daşıyır: Bank, yoxsa xidmət göstərən qurum? Vətəndaş pulunu geri tələb etmək üçün hansı addımları atmalıdır?
Məsələ ilə bağlı Publika.az-a açıqlama verən hüquqşünas Əkrəm Həsənov bildirdi ki, "Bakı Metropoliteni"nin verdiyi açıqlama məntiqli ola bilər:
"Bakı Metropoliteni"nin açıqlamasından belə görünür ki, kartlardan heç bir qanunsuz pul çıxarılmayıb. Qurumun mövqeyinə görə, bəzi hallarda vətəndaşlar metrodan istifadə etsələr də, çıxışı vaxtında etmədikləri üçün sistem əlavə ödəniş hesablayır. Bu ehtimal istisna deyil.
Lakin vətəndaşların iddia etdiyi kimi, istifadə etmədikləri halda kartlardan vəsait silinirsə, bu zaman məsələ daha ciddi xarakter alır. Belə hallarda ya informasiya sisteminə kənar müdaxilə - haker hücumu, ya da sistem daxilində texniki və ya idarəetmə ilə bağlı problem ehtimal olunur".

Hüquqşünasın sözlərinə görə, əgər vətəndaş əmindirsə ki, o, metrodan istifadə etməyib, bu halda iki hüquqi addım mümkündür:
"Birincisi, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istehlakçı hüquqlarının pozulması ilə bağlı şikayət edilə bilər. İkincisi isə məhkəməyə müraciət edərək iddia qaldırmaq olar.
Ümumiyyətlə, bu cür halların baş verməsi mümkündür. Təcrübədə bank kartlarından icazəsiz vəsait çıxarılması halları ilə dəfələrlə rastlaşmışıq. Əgər bank kartları üzrə belə risklər mövcuddursa, eyni vəziyyət digər ödəniş sistemlərində də yarana bilər. Bunun əsas səbəbi isə təhlükəsizlik sistemlərinin yetərincə güclü olmaması və ya vaxtında yenilənməməsidir. İstənilən kart və ödəniş sistemi davamlı təkmilləşmə və maliyyə yatırımı tələb edir. Bu investisiyalar təmin olunmadıqda, sistemdə boşluqlar yaranır və bundan sui-istifadə halları baş verə bilər".
Müəllif: Gülnar Süleymanova
-
Sosial06:46Ay ərzində ən azı bu qədər xərc çıxır... - 8 uşaqlı ailədən reportaj
-
ABŞ03:18Tramp bu dəfə Obamaya söz atdı
-
Qoroskop01:40Günün ulduz falı: üzünüzə şans qapısı açılacaq
-
Magazin124 May 20:46Azərbaycanlı müğənni 3-cü dəfə evlənir
-
İdman24 May 20:18Portuqaliyalı baş məşqçi Azərbaycan klubundan ayrıldı - Haqqımda xəbər yayılmışdı ki...
-
Kriminal24 May 18:4821 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı - Video/Təfərrüat
-
Magazin124 May 18:36"Küçədə uşağıma elə sözlər dedi ki..." - Aparıcının həyat yoldaşı od püskürdü
-
Ekologiya24 May 17:30Azərbaycanın bu ərazilərinə qar yağacaq

































