Nida Təhlil
Cənubi Qafqazda güc savaşı: Makronun Əliyevlə “telefon planı”nın arxasında nə var?
Ermənistanda səfərdə olan Fransa prezidenti Emmanuel Makronun səsləndirdiyi fikirlər regionda yeni diplomatik aktivliyin fonunda müzakirə olunur. O, Bakıda saxlanılan və Azərbaycan tərəfindən müharibə cinayətlərinə görə məhkum edilən separatçı fiqurlar məsələsini Ermənistanın baş naziri Nikol Paşinyanla müzakirə edəcəyini, səfərdən sonra isə Azərbaycan Prezidenti İlham Əliyevlə də telefon əlaqəsi quracağını bildirib.
Publika.az-la söhbətində mövzuya münasibət bildirən Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov hesab edir ki, Makronun bu addımı daha çox Fransanın Cənubi Qafqazda zəifləyən təsirini kompensasiya etmək cəhdi kimi görünür.
Makronun planı və Parisin Cənubi Qafqaz hədəfləri
Onun sözlərinə görə, Paris Avropa İttifaqı daxilində siyasi çəkisini qorumağa çalışsa da, regionda ardıcıl olaraq mövqe itirir:
“Biz anlamalıyıq ki, Makronun bu cür fəallığı təsadüfi deyil. Fransa, ümumilikdə Avropa İttifaqının siyasi mərkəzlərindən biri kimi, Cənubi Qafqaz kimi həssas bölgədə təsir imkanlarını getdikcə itirdiyini görür. Gürcüstanda bu cəhdlər gözlənilən nəticəni vermədi, hətta yüksək səviyyəli əlaqələrə baxmayaraq Fransanın orada siyasi təsiri artmadı. İndi əsas diqqət Ermənistana yönəlib. Çünki ABŞ-ın, xüsusilə Tramp dövrünün ritorikasını, eləcə də Rusiyanın bölgədəki fəallığını nəzərə alaraq, Avropa özünə yeni nüfuz dayaqları axtarır”.

“Siyasi görüntü” və regionun real güc balansı
Zülfüqarov əlavə edib ki, baş verənləri daha çox siyasi görüntü kimi dəyərləndirmək lazımdır:
“Makron zəng də edə bilər, rəqs də edə bilər, mahnı da oxuya bilər, bir sözlə, müxtəlif bəyanatlar verə bilər. Amma bunlara çox emosional yanaşmaq doğru deyil. Əsas məsələ odur ki, Fransa Cənubi Qafqazda öz maraqlarını qorumağa çalışır. Sadəcə bu, real imkanlarla nə dərəcədə uzlaşır - sual budur”.
Politoloqun fikrincə, regionun geosiyasi əhəmiyyəti də bu aktivliyin əsas səbəblərindən biridir:
“Cənubi Qafqaz hazırda çox həssas məkandır. Şimalda və cənubda gərginliklərin artması fonunda Avrasiya məkanında nisbi sabitlik dəhlizi məhz bu regiondan keçir. Mərkəzi Asiya və Çin istiqamətində iqtisadi əlaqələr baxımından bu coğrafiya Qərb üçün də vacibdir. Ona görə də Fransa və digər aktorlar burada təsir imkanlarını qorumağa çalışırlar”.
Zülfüqarov sonda qeyd edib ki, Fransanın mövcud imkanları da əvvəlki dövrlə müqayisədə daha məhduddur və bu, Avropa daxilində də narahatlıq yaradır.
Müəllif: Adəm Abbaslı
-
Region05:45Son 3 gündə 5 min nəfər xəstəxanalıq oldu - Türkiyədə naməlum infeksiya
-
Magazin203:18“Breaking Bad”in aktyoru evində ölü tapıldı - İntihar edib?
-
Qoroskop01:20Günün ulduz falı: Əlavə qazanc əldə etmək üçün fürsət yaranacaq
-
Magazin112 Oktyabr 23:35"Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım"
-
Hadisə12 Oktyabr 22:3212 yaşlı şagird özünü məktəb binasından atıb? - Rəsmi açıqlama
-
Kriminal12 Oktyabr 21:00Masazırda avtomobilləri yandıran şəxslər həbs edildi
-
MDB12 Oktyabr 17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region12 Oktyabr 16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış












.jpg)




.jpg)

.jpg)













