İdman
Bu idman növü insan ömrünü 10 il uzadır
Danimarka alimləri araşdırma apararaq tennis oynamağın insanın ömrünü 10 il artırdığını müəyyən ediblər.
Publika.az xəbər verir ki, təcrübədə 8500 insan iştirak edib və 25 il davam edib. Təhlil zamanı ekspertlər müəyyən ediblər ki, tennisçilərin badminton, futbol, velosiped sürmə, üzgüçülük və qaçışla məşğul olanlara nisbətən daha uzun ömür sürməsi ehtimalı yüksəkdir.
Tədqiqat nəticəsində məlum olub ki, həvəskar tennisçilər başqa vaxtda yaşaya biləcəklərindən orta hesabla 9,7 il daha çox yaşayacaqlar. Badminton oynamaq ömrü 6,2 il, üzgüçülük 3,4 il, qaçışla 3,2 il uzada bilər. Bundan əlavə, tennis insanın fiziki və əxlaqi vəziyyətinə əla təsir göstərir. Eyni zamanda intensiv idman piylənmə, osteoporoz və ürək problemləri riskini azaldır.
Alimlərin fikrincə, həftədə cəmi 3 saat tennis oynamaq ürək xəstəlikləri riskini 50 faizdən çox azaldır.
Heybət
-
Dünya10:00İranla danışıqlar səhv və fəlakətdir - ABŞ-dan etiraf gəldi
-
Maraq dünyası09:48Uğur qapıları bu 4 bürc üçün açılır
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı
-
ABŞ04:30ABŞ İrana 30 gün vaxt verəcək...
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar vaxtıdır




































