“Əl-Nəsr”i Ronaldo idarə edir? - Klubdan reaksiya gəldi
Bizi izləyin

İdman

“Əl-Nəsr”i Ronaldo idarə edir? - Klubdan reaksiya gəldi

“Əl-Nəsr”in baş direktoru Qvido Fienqa hücumçu Kriştianu Ronaldonun kluba təsiri ilə bağlı şayiələrə münasibət bildirib.

Publika.az xəbər verir ki, Qvida bu barədə ESPN-ə danışıb.

“Kriştiano Ronaldo bizim kapitanımızdır və o, təkcə texniki baxımdan deyil, həm də davranış baxımından dünyanın ən güclü oyunçusudur. Kriştiano kluba nəzarət etmir, amma dünyanın ən yaxşısı olduğu üçün bizə hara getməli olduğumuzu, hansı məqsədlərə çatmaq lazım olduğunu deyir. O, qalibdir və biz ondan bizə qalib olmağı öyrətməsini xahiş edirik.

Bu il onunla qalib gəlmək və hədəflərimizə mümkün qədər çatmaq istəyirik. Ronaldo”, - Fienqa deyib.

Ronaldo 2023-cü ildən "Əl-Nəsr"də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2025-ci ilə qədərdir. Bu mövsüm portuqaliyalı bütün turnirlərdə beş matçda iştirak edib və dörd qol vurub, iki məhsuldar ötürmə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm