Zədəsi ciddidir: Derbidə kəllə-beyin travması alıb
Bizi izləyin

İdman

Zədəsi ciddidir: Derbidə kəllə-beyin travması alıb

"Atletiko"nun mərkəz müdafiəçisi Robin Le Norman La Liqanın 8-ci turunun "Real"la oyununda subdural hematoma ilə kəllə-beyin travması alıb.

Publika.az xəbər verir ki, ispaniyalı futbolçu son dəqiqələrdə top uğrunda mübarizədə “Los Blankos”un yarımmüdafiəçisi OrelyenTçuameni ilə toqquşaraq zədələnib. Müdafiəçinin müalicəsinə başlanılıb. Ancaq sağalma müddəti açıqlanmayıb.

Le Norman bu mövsüm "Atletiko"un heyətində 8 oyun keçirib.

Qeyd edək ki, Madrid derbisi 1:1 hesabı ilə başa çatıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm