Region
Rusiya İrandakı vətəndaşlarına ÇAĞIRIŞ ETDİ
İrandakı Rusiya vətəndaşları sosial şəbəkələrdə bədxahların yaymağa çalışdıqları panikaya boyun əyməməlidir.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Tehrandakı səfirliyi məlumat yayıb.
“Ölkədə vəziyyət sakitlik və soyuqqanlılıq tələb edir. İran hava limanlarında fəaliyyətin bərpası ilə bağlı rəsmi qurumlardan rəsmi bildirişlər gözləyirik. Küçələrdə foto və video çəkməkdən çəkinməyinizi və bədxahların sosial şəbəkələrdə yaymağa çalışdıqları çaxnaşmaya uymamağınızı xahiş edirik”, - diplomatik missiyanın bəyanatında deyilir.
Həmçinin qeyd edilib ki, İrandakı səfirlik və bütün xarici qurumlar adi rejimdə işləyir.
Xatırladaq ki, ötən gün axşam saatlarında İran öz ərazisindən İsrailə kütləvi raket zərbələri endirib. SEPAH İsrailə raket atdığını təsdiqləyib və Təl-Əvivin hücuma cavab verəcəyi təqdirdə sərt cavab veriləcəyini vəd edib. Hücum nəticəsində İran raketləri İsrailin 20-dən çox F-35 təyyarəsini, həmçinin Aşkelon şəhərindəki qaz platformalarını vurub.
Akqabay
-
Yaxın Şərq09:34
İsrail qırıcılarını İrana göndərir: bu hədəflər vurulacaq
-
Region07:21
Rusiya İrandakı vətəndaşlarına ÇAĞIRIŞ ETDİ
-
Qoroskop00:10
Bu bürcləri maddi artım gözləyir
-
Yaxın Şərq1 Oktyabr 21:20
İran İsrailə zərbələr endirir - YENİLƏNDİ - VİDEO
-
Region1 Oktyabr 20:00
İranın birinci vitse-prezidenti Ermənistanda Paşinyanla görüşdü
-
Digər1 Oktyabr 19:39
Neft və qızıl BAHALAŞDI
-
Nəqliyyat1 Oktyabr 18:46
Bu yollarda tıxac var
-
Ekologiya1 Oktyabr 18:40
Leysan, şimşək... - Faktiki hava