İdman
Fanatla dalaşan məşhur bloger həbs edildi
Məhkəmə məşhur rusiyalı bloger Mixail Litvin “SKA Rostov-na-Don” futbol komandasının azarkeşi ilə dalaşdığına görə 13 sutka həbs edib.
Publika.az xəbər verir ki, bloger məhkəmədə üzr istəyib və günahını etiraf edib. “Düzgün fikirlər baş verənlərdən sonra gəlir, geriyə dönsəm, bunu etməzdim, bu, bir daha baş verməyəcək”, – deyə Litvin bildirib.
Bloger şənbə günü, oktyabrın 12-də, reper Bastaya (əsl adı Vasili Vakulenko) məxsus “Lit Energy” və SKA komandası arasında Media Liqası turniri çərçivəsində keçirilən futbol oyunu zamanı saxlanılıb.
Oyun zamanı azarkeşlərdən biri Litvinin ünvanına təhqiramiz sözlər səsləndirib. Buna görə də bloger tribunanın hasarından aşaraq rəqib komandanın azarkeşini vurub. Bundan sonra kütləvi dava başlayıb.
-
Magazin213:40Serialda tərəf müqabili idilər, real həyatda evləndilər - Fotolar
-
Magazin113:17Əməkdar artist: "Ona dedim ki, siz mənim yaşamaq ümidimi əlimdən alırsınız"
-
Ekologiya13:09Sabaha olan hava proqnozu açıqlandı
-
İdman11:43Tramp da o döyüşü izlədi - Video
-
Ekologiya11:34Azərbaycanın bu ərazisində qarın hündürlüyü 81 sm-ə çatdı
-
Hadisə11:16FHN bu kəndə humanitar yük göndərdi - Video+Fotolar
-
Magazin210:57Türkiyədə daha bir neçə məşhur saxlanıldı
-
Yaxın Şərq09:28ÇAXAL-dan uğurlu əməliyyat











.png)




















